Şənbə , Aprel 20 2024
Ana səhifə / Bölgələr / Zaqatalada gödəkcənin qolunda gizlənmiş gürzə 46 yaşlı kişini sancdı – VİDEO

Zaqatalada gödəkcənin qolunda gizlənmiş gürzə 46 yaşlı kişini sancdı – VİDEO

Zaqatalanın Suvagil kənd sakini, 46 yaşlı Nəcəf Balayev kəndin inzibati ərazisində çöllük sahədə mal-qara otaran zaman əyninə gödəkcə geymək istədikdə, üst geyiminin qolunda gizlənmiş gürzə ilanı onun sol əlindən sancıb.
Baku TV-nin məlumatına görə o, yaxınları tərəfindən Zaqatala Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Xəstəxananın cərrahiyyə şöbəsinə yerləşdirilən Nəcəf Balayevə lazımi tibbi yardım göstərilib, ilan zəhəri əleyhinə qarşı zərdab vurulub.
Nəcəf Balayevin vəziyyətinin orta-ağır olduğu bildirilir.

Həmçinin oxuyun

Şuşalılar doğma yurduna qayıdırlar – VİDEO

“May ayından etibarən Şuşa şəhərində bərpa-tikinti qrafikinə uyğun olaraq, mərhələli formada inşa edilmiş evlərə ailələrin …