Ana səhifə / Bölgələr / Zərdabdakı məmura ünvanlanan saxta diplom iddiası məhkəmədə – Vətəndaş Prezidentə müraciət etdi + VİDEO

Zərdabdakı məmura ünvanlanan saxta diplom iddiası məhkəmədə – Vətəndaş Prezidentə müraciət etdi + VİDEO

Zərdab rayon sakini Mirzəyev Rövşən Cəfər oğlu ölkə başçısı İlham Əliyevə videomüraciət edib.  Müraciətin motivindən görünür ki, onun başlıca şikayəti Zərdab  rayon maliyyə idarəsinin müdiri Sakit İfrat oğlu Məmmədovla bağlıdır. Qeyd edək ki, bir müddət əvvəl , Mirzəyev Rövşənin Sakit Məmmədovla bağlı səsləndirdiyi ittihamlar bəzi KİV-lər tərəfindən də tirajlanmışdı. Həmin iddialarda Rövşən Mirzəyev bildirib ki, ikincinin aldığı ali təhsil diplomu saxtadır.  Maraqlıdır ki, maliyyə idarəsinin müdiri KİV-lərdə yer alan ittihamlara indiyə kimi  qarşı tərəf kimi münasibətini açıqlamayıb. Ancaq nədənsə , Sakit Məmmədov Rövşən Mirzəyevin onun barəsində bəzi dövlət qurumlarına etdiyi müraciətlərlə bağlı  Zərdab rayon Məhkəməsinə ərizə ilə müraciət edib. Ölkə başçısına müraciət edən Zərdab rayon sakini videomüraciətində bütün bu detallara aydınlıq gətirir. Azinforum.az Sakit Məmmədovun da cavab haqqını tanımaq şərtilə həmin videomüraciəti təqdim edir.

https://www.youtube.com/watch?t=12s&v=Tzq5LoIdUjM&app=desktop

 

 

Həmçinin oxuyun

Lənkəranda bir neçə kəndin sakinləri yolsuzluqdan əziyyət çəkir

Lənkəranın Gəgiran, Tükəvilə, Diryan və daha bir neçə kəndi birləşdirən yol sıradan çıxıb. Kəndlilər deyirlər …