Çərşənbə axşamı , Aprel 16 2024
Ana səhifə / Bölgələr / Yasa gələn şəxs 38 nəfəri koronavirusa yoluxdurdu – VİDEO

Yasa gələn şəxs 38 nəfəri koronavirusa yoluxdurdu – VİDEO

“Sosial məsafələri qoruyun, yaxın təmasdan qaçın” sözləri pandemiya dövrünün ən məşhur tövsiyəsinə çevrilib. Lakin nə xeyri..? Nə tövsiyələr dinlənir, nə də insanlar özlərini qoruyur. Bu ərəfələr kütləvi toplanış yerlərində yaxın təmas birə-bir təhlükə mənbəyidir. Milli mentaritetimizdə sakinlərimiz nə qədər cana yaxın olsalar da, dünyanı cənginə alan bu hücum dövründə gərək bu xüsusiyyətimizdən müvəqqəti də olsa, əl çəkək. Çünki onlar da yasa yığışmışdılar. Dünyadan köçən bir insanı son mənzilə yola salmaq üçün bir araya gəlmişdilər. Nəticəsi isə budur. Baxın, bircə anın içində virus daşıyıcısı olan bir insan başqa şəhərdən yasa gəlir və oradakı xeyli sayda insanı da yoluxdurur.

Baku.tv xəbər verir ki, sakinlərin sözlərinə görə, əvvəllər məlim virusa inanmasalarda artıq son günlər yoluxanların çoxalması sakinlər arasında narahatçılığa səbəb olub.

Məsələ ilə bağlı, nəinki, rayon, ümumrespublika səviyyəsində həyəcan təbili çalınıb. Təəssüflər olsun ki, qısa aralarla bu təbil artıq ikinci dəfədir eyni məkandan gəlir… Yenə aidiyyəti qurumlar səfərbər olub, yenə hüquq mühafizə orqanları gecə-gündüz demədən nəzarəti artırıb. Kənddə mütamadi olaraq dezinfeksiya işləri aparılır.

Aidiyyəti qurumlar çalışır, ona söz yox. Çalışırlar ki, insanlarımız bu təhlükədən yan keçsin, xələl görməsin, amma, nədənsə insanlarımız özləri bunu o qədər də istəmir. Ya istəmir, ya da məsuliyyətsizlik edirlər. Axı həftələrlə, aylarla eyni sözləri eşidirik. Rəsmilər az qala yalvaralar ki, özünüzü qoruyun. İndi bu say 38-dir, vəziyyət, demək olar ki, nəzarətdədir.

Həmçinin oxuyun

Kürdə batan ata və qızın yaxınları danışdılar: “Uşaq əlindən çıxıb düşüb suya…” – VİDEO

Kürdə batan ata və qızı ilə bağlı bəzi detallar məlum olub. Baku TV-yə danışan ata …