Çərşənbə , Aprel 17 2024
Ana səhifə / Bölgələr / YAP Ağstafa rayon təşkilatı bu dövlət qurumu ilə bağlı məhkəməyə müraciət etdi

YAP Ağstafa rayon təşkilatı bu dövlət qurumu ilə bağlı məhkəməyə müraciət etdi

Yeni Azərbaycan Partiyası (YAP) Ağstafa rayon təşkilatı İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin (ƏMDX) “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” Publik Hüquqi şəxsinin 15 sayli Tovuz ərazi İdarəsini məhkəməyə verib.

Pravda.az-ın əldə etdiyi məlumata görə, bu barədə rayon təşkilatı Şəki Kommersiya Məhkəməsinə müraciət edib.

Belə ki, Ağstafa rayon təşkilatı yaşayış sahəsi üzrə – yaşayış sahəsinə mülkiyyət hüququnun tanınması barədə tələb irəli sürüb.

İddia hakim Emin Axundovun sədrliyi ilə araşdırılacaq.

Məhkəmənin hazırlıq iclası iyunun 6-na təyin edilib.

Qeyd: YAP Ağstafa rayon təşkilatının sədri Etibar Hacıyevdir.

Həmçinin oxuyun

“Naxçıvanqala”nın divarı bərpa zamanı yol verilmiş nöqsanlara görə uçub – Fotolar

“Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksinin 2010-cu ildə bərpası zamanı yol verilmiş nöqsanlar səbəbindən yağış suları qalanın …