Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Bölgələr / Xocavəndin Edillisi: Qapı qonşularının xəyanətini görən kənd – FOTOSESSİYA

Xocavəndin Edillisi: Qapı qonşularının xəyanətini görən kənd – FOTOSESSİYA

Xəbər verdiyimiz kimi, “Yeni Müsavat” Media Qrupunun reportyorları mediatur çərçivəsində Xocavənd rayonunun bir neçə kəndində, o cümlədən Edilli, Axullu, Ağbulaq kəndlərində də olub.

Birinci Qarabağ müharibəsində işğal olunan bu Edillidə ermənilər və azərbaycanlılar birlikdə yaşayıb.

Say baxımından üstünlük azərbaycanlılarda olsa da kənddə əsasən rəhbər vəzifələri ermənilər tuturmuş.

Edilli kənd sakinləri elə illərcə qonşuluq etdikləri ermənilərin əli ilə məcburi şəkildə kəndlərindən didərgin salınıb. Qarabağ ətrafında vəziyyət gərginləşdiyi ərəfədə bu kənddə olan ermənilər azərbaycanlıları sıxışdırmağa, evlərini yandırmağa başlayıb.

Kəndi tərk edən insanlar əsasən Füzulinin ətraf kəndlərində məskunlaşıblar.

Gözəl təbiəti olan, dağların arasında yerləşən Edilli kəndindən çəkilən fotoları təqdim edirik. Buı fotolarda adı çəkilən kəndlərin qış mənzərəsini seyr, yaz-yay mənzərəsini isə təsəvvür edə bilərsiniz. 

Fevralın 15-də, saat 20:00-da Edilli kəndindən geniş videoreportaj təqdim edəcəyik. Reportajı Musavat.com saytından və “Musavat TV” youtube kanalından izləyə bilərsiniz.

Həmçinin oxuyun

Lerikin Ağçay kəndi: “İş yoxdur, cavanlar dolanmaq üçün kəndi tərk edirlər”

Lerikin Ağçay kəndi get-gedə boşalır, kəndlilər yol və işsizlik problemi səbəbindən köçməyə məcbur qalıblar. Kənddə …