Şənbə , Aprel 20 2024
Ana səhifə / Bölgələr / Xankəndindən video-reportaj – VİDEO

Xankəndindən video-reportaj – VİDEO

Qarabağın ermənilər yaşayan yerlərində bankomatların qarşısında növbələr yaranıb. Nağd pul problemləri olduğundan insanlar maaş və pensiyalarını bir dəfəyə çıxarda bilmirlər. 

Bu barədə “Azadlıq Radiosu”nun erməni xidməti reportaj hazırlayıb. 

Reportajda qeyd olunur ki, Xankəndidəki separatçı rejimin qoyduğu qaydaya görə hər kəs gündə bankomatdan 50 min dram (200 manat) pul çıxarda bilər. 

“Azadlıq Radiosu”nun erməni xidmətinin məlumatına görə, yanvarın 17-dən separatçı erməni rejiminin “talon rejimi”nə keçməsi gözlənilirdi, amma hələ ki, bunun nə vaxt başlayacağı ilə bağlı dəqiq məlumat yoxdur. Reportajda qeyd olunub ki, dambaşına 1 litr bitki yağı, 1 kq düyü, qarabaşaq yarması, makaron və şəkər veriləcək. 

Ətraflı videoda:

Həmçinin oxuyun

Şuşalılar doğma yurduna qayıdırlar – VİDEO

“May ayından etibarən Şuşa şəhərində bərpa-tikinti qrafikinə uyğun olaraq, mərhələli formada inşa edilmiş evlərə ailələrin …