Ana səhifə / Bölgələr / Xankəndidəki gərginliyin əsl səbəbi bəlli oldu

Xankəndidəki gərginliyin əsl səbəbi bəlli oldu

Xəbər verildiyi kimi,  dünən – martıın 25-i  günorta saatlarından başlayaraq axşam saatlarınadək Azərbaycanın Xankəndi şəhərində separatçı-terrorçu erməni rejiminə müxalif qüvvələr etiraz aksiyası keçirərək əsas yolları bağlayıblar. Etirazçılar separatçı rəhbərlər və sülhməramlı kontingentin yüksək rütbəli şəxsləri ilə görüş tələb ediblər.

Rusiya mediası xəbər verir ki, Xankəndidəki gərginliyin əsl səbəbi bəlli olub. Martın 25-də müxalif  “Mənim haqqım” hərəkatının fəalları Azərbaycan dövlətinin nəzarətinə keçən ərazilərdən köçmüş ermənilərin yerləşdirilməsi məsələsinin həll olunmasını tələb edərək Xankəndidə yolları bağlayıblar. Bunun üçün etirazçılar separatçı oliqarxların “korrupsiya gəlirləri” ilə qurulmuş malikanələrindən istifadə olunmasını təklif ediblər. Aksiyaçılar qanunsuz yolla əldə edilmiş əmlakın müsadirə edilməsinə dair bir “qanun” qəbul edilməsi tələbini də qoyublar. Onlar separatçı rejimin qanunsuz “ədliyyə nazirliyi”nin tələb olunan “qanun” layihəsini hazırlamaq üçün son tarix elan edənə qədər yolları açmaqdan imtina ediblər.  Axşam saatlarında hərəkat fəalları “rəsmi”lərlə görüşdən sonra mərkəzi prospektin açılmasıyla  razılaşıblar. Etirazçılar “hakimiyyət”ə  tələbləri yerinə yetirmək üçün iki həftə vaxt verdiklərini, lakin məmurların hərəkətlərinin onlara uyğun görünmədiyi təqdirdə etiraz aksiyalarının növbəti günlərdə də davam edəcəyini istisna etmədiklərini söyləyiblər.  /Moderator.az

Həmçinin oxuyun

Lənkəranda bir neçə kəndin sakinləri yolsuzluqdan əziyyət çəkir

Lənkəranın Gəgiran, Tükəvilə, Diryan və daha bir neçə kəndi birləşdirən yol sıradan çıxıb. Kəndlilər deyirlər …