Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Bölgələr / Xaçmazda qadın ona göz vurduğunu iddia etdiyi gözdən əlili döydü

Xaçmazda qadın ona göz vurduğunu iddia etdiyi gözdən əlili döydü

Xaçmaz rayonunun Pirquluoba kəndində sakin tanımadığı qadın tərəfindən döyülüb.

Belə ki, 1982-ci il təvəllüdlü kənd sakini, III qrup əlil Vüqar Mərdan oğlu Osmanov baş ağrıları şikayətilə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasının qəbul şöbəsinə müraciət edib.

Xəstəxanaya verdiyi məlumata görə, o, kənddə tanımadığı qadın tərəfindən baş nahiyəsinə şillə və yumruqla zərbələrə məruz qalıb. Əlavə olaraq bildirib ki, başında çoxsaylı qəlpələr var və bir gözü görmür. Qadının ona iradı göz vurmağı olub. O isə bildirib ki, “mən kor olduğum halda necə göz vura bilərəm ki?”.

Xəstəxanada V.Osmanovun müalicəsi davam etdirilir.

Faktla bağlı araşdırma aparılır.  /Qafqazinfo

Həmçinin oxuyun

Müəllimin xəbəri olmadan maaş kartından pul çıxarılıb (VİDEO)

Bərdədə orta məktəb müəlliminin xəbəri olmadan maaş kartından pul çıxarılıb.   “Xəzər Xəbər”in qaynar xəttinə müraciət …