Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Bölgələr / Xaçmazda işıq sayğacı rəzaləti – “Bu necə rüsumdu ki, ürəyin istədiyin adama “güzəşt” edə bilirsən?!”

Xaçmazda işıq sayğacı rəzaləti – “Bu necə rüsumdu ki, ürəyin istədiyin adama “güzəşt” edə bilirsən?!”

“Xaçmazda İşıq İdarəsi şəhər və kəndlərdə fəaliyyət göstərən kommersiya mağazalarında, iaşə müəssisələrində istismarı bitən və ya bitməyən bütün sayğacları dəyişdirir”. Azinforum.az xəbər verir ki, bu məlumatı bölgədə yaşayan jurnalist Cəmil Məmmədli verib.  Jurnalistin sözlərinə görə,  sayğaclar 75 manat borcla gəlir.: “İzahını da verirlər ki, Nazirlər Kabinetinin qərarına əsasən bu pulu ödəməlisən.
Bu qırılmış “bilmir” ki, dövlət rüsumu hansı yollarla ödənilir və ya hansı hallarda ödənilir. Deyim ki, tək Xudatın ərazisində 1500-dən çox mağaza var.
1500-ü 75-ə vurun, müdirin təkcə bu ay “xalturasını” təxminən hesablayın…
Hələ üstünə bütün rayonun kəndlərini də əlavə etsək…
Bu pulun halalı, haramı hansıdır?
Hələ sağ olsunlar, bəzi dost-tanışlarına ya birbaşa məbləği bağışlayırlar, ya da 20-30 manata söhbəti bağlayırlar…
Bu necə rüsumdu, necə ödənişdir ki, ürəyin istədiyin adama “güzəşt” edə bilirsən?!”

Azinforum.az

 

Həmçinin oxuyun

Qaçırılan qızın atası: Qızımı oğurlayıblar – VİDEO

Bərdə rayonunun Uğurbəyli kəndində 23 yaşlı Sevinc Abdullayeva səhər saatlarında, işə gedərkən qaçılıb.  Qeyd edilir ki, 23 …