Şənbə , Aprel 20 2024
Ana səhifə / Bölgələr / Vasif Talıbov fərman imzaladı

Vasif Talıbov fərman imzaladı

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov “Dövlət adından yaradılan publik hüquqi şəxslərə dövlət büdcəsi hesabına məqsədli vəsaitlərin ödənilməsi Qaydası”nın təsdiq edilməsi haqqında fərman imzalayıb.

Azinforum.az xəbər verir ki, fərmana əsasən, “Dövlət adından yaradılan publik hüquqi şəxslərə dövlət büdcəsi hesabına məqsədli vəsaitlərin ödənilməsi Qaydası” təsdiq edilib.

Həmçinin, Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə dövlət adından yaradılan publik hüquqi şəxslərə dövlət büdcəsi hesabına məqsədli vəsaitlərin ödənilməsi üzrə müqavilənin nümunəvi formasını təsdiq etməsi tapşırılıb.

Qeyd edək ki, fərman 2020-ci il yanvarın 1-dən qüvvəyə minir.

Həmçinin oxuyun

Canına qəsd edən qazinin atası: “Azyaşlı qızlarına ürəyi istəyəni ala bilmirdi” – Fotolar

“Oğlum işsizlikdən, həyat şəraitinin acınacaqlı olması səbəbindən bezib canına qəsd etdi”.Bunu Yeniavaz.com-a yaşadığı evdə canına qəsd …