Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Bölgələr / Vasif Talıbov arıçılarla görüşdü, bal aldı – FOTOLAR

Vasif Talıbov arıçılarla görüşdü, bal aldı – FOTOLAR

Naxçıvan Muxtar Respublikasında “Arıçılıq məhsulları – bal festivalı” keçirilir.

“Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində təşkil olunan festivalda Muxtar Respublikanın Ali Məclisinin Sədri Vasif Talıbov da iştirak edib.

V.Talıbov arıçılarla söhbət edib, bal alıb və onların qayğıları ilə maraqlanıb.

Ali Məclisin Sədri arıçılığın inkişafı ilə bağlı qəbul olunmuş Dövlət Proqramından irəli gələn vəzifələrin icrası, arıçılara kreditlərin verilməsinin davam etdirilməsi, onların təkliflərinin nəzərə alınması, Naxçıvan Dövlət Universitetində dərman bitkilərindən qarışıqların hazırlanması və bitki herbarilərinin çoxaldılması barədə tapşırıqlar verib.

Qeyd edək ki, festival sentyabrın 27-də də davam edəcək, arıçılar arasında “Ən yaxşı arıçılıq məhsulları-bal” nominasiyası üzrə müsabiqə keçiriləcək.

Həmçinin oxuyun

Lənkəranda veteranın anasının xəstəliyinə görə canına qəsd etdiyi deyilir

Lənkəran şəhərində 24 yaşlı Əhməd Salayevin anasının xərçəng xəstəsi olmasını eşidib həyatına qəsd etdiyi deyilir.Hadisə …