Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Bölgələr / Vətəndaşı döyən icra başçısının müavini işdən çıxarılır… -Daha onu “qoruyan əl” yoxdur

Vətəndaşı döyən icra başçısının müavini işdən çıxarılır… -Daha onu “qoruyan əl” yoxdur

Gəncə şəhər icra hakimiyyəti başçısının müavini Mikayıl Zeynalov yaxın zamanlarda işi ilə vidalaşacaq.

Bu barədə məlumat verən mənbənin sözlərinə görə, Mikayıl Zeynalovun fəaliyyəti ilə bağlı Gəncənin yeni icra başçısı Niyazi Bayramova çoxsaylı şikayətlər edilib.

Elmar Vəliyevin sevimli kadrlarından biri olan Mikayıl Zeynalovun yeni rəhbərə yaxın olmaq, gözündə yüksəlmək cəhdləri də baş tutmayıb. Belə ki, Elmar Vəliyevin zamanında sahibkarları incidən, onların fəaliyyətinə müdaxilələr edən Mikayıl Zeynalovun bu əməlləri haqqında Niyazi Bayramova çoxsaylı şikayətlər edilib.

Onu da xatırladaq ki, Mikayıl Zeynalov bir neçə ay qabaq küçədə vətəndaşı döyməsi ilə bağlı gündəmə gəlmişdi. Vətəndaşa ağır xəsarət yetirməsinə baxmayaraq, həmin zaman o, məsuliyyətə cəlb edilmədi. Təbii ki, burada Elmar Vəliyevin icra başçısı kimi rolu xüsusi olub.

Ancaq indi situasiya fərqlidir. Mikayıl Zeynalovu “qoruyan əl”də yoxdur.

Bununla belə ortada Azərbaycan prezidentinin şəxsində vətəndaşa münasibət nümunəsi var. Yeni dönəmin yeni idarəçiliyində Mikayıl Zeynalov kimi xalqdan qopan məmurlara yer olmaması təbiidir.(Gununsesi.org)
Mikayıl Zeynalovun vətəndaşı döyməsi faktını əks etdirən görüntüləri təqdim edirik:

Həmçinin oxuyun

Qəbula düşə bilməyən vətəndaş: “Nazirə məktəbin problemlərindən danışacaqdım”

“Hamını birinci mərtəbədəki havasız bir otağa yığdılar, nazirsə ikinci mərtəbədə qəbul edəcəkdi” “Ötən aydan deyirdilər …