Cümə , Aprel 19 2024
Ana səhifə / Bölgələr / Vətən müharibəsinin “Cəsur döyüşçü”sünün evi belə yanıb külə döndü – VİDEO

Vətən müharibəsinin “Cəsur döyüşçü”sünün evi belə yanıb külə döndü – VİDEO

Qəbələdə Vətən müharibəsi qazisinin evi yanaraq kül olub.

Hadisə martın 23-də, şəhərin Əhmədağa Bağırov küçəsində qeydə alınıb.

Belə ki, Əliyev Xalis Vahid oğluna məxsus evdə gecə saatlarında yanğın baş verib. Yanğın nəticəsində üçotaqlı ev əşyaları ilə birgə külə dönüb.

Beş nəfərdən ibarət ailə müvəqqəti olaraq qohumlarının evində məskunlaşıb. Ailə evlərinin bərpası üçün aidiyyəti qurumlardan kömək istəyir.

Qeyd edək ki, Vətən müharibəsi iştirakçısı olan Xalis Əliyev, Prezident İlham Əliyevin sərəncamı ilə “Cəsur döyüşçü” medalı ilə təltif olunub.

Xatırladaq ki, baş verən yanğının görüntülərini “Qəbələ TV” yayımlayıb.

https://www.youtube.com/watch?v=rfO5RZs92vs


Həmçinin oxuyun

Canına qəsd edən qazinin atası: “Azyaşlı qızlarına ürəyi istəyəni ala bilmirdi” – Fotolar

“Oğlum işsizlikdən, həyat şəraitinin acınacaqlı olması səbəbindən bezib canına qəsd etdi”.Bunu Yeniavaz.com-a yaşadığı evdə canına qəsd …