Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Bölgələr / Tovuzun təmas xəttindəki kənddə internet problemi – “Əlibəyli kəndində infrastruktur çox bərbad vəziyyətdədir”

Tovuzun təmas xəttindəki kənddə internet problemi – “Əlibəyli kəndində infrastruktur çox bərbad vəziyyətdədir”

Tovuz rayonunun Ermənistanla həmsərhəd kəndlərindən olan və uzun müddət ermənilərin hücumlarına məruz qalan Əlibəyli kəndinin telefon və internet problemi həll olunmaq bilmir. 

Bu barədə kənd sakinləri adından Əliyev Emin Əkbər oğlunun AzPolitika.info-ya ünvanladığı şikayət məktubunda deyilir.

Məktubdan belə məlum olur ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə dəfələrlə müraciət edilməsinə baxmayaraq, kəndin bu probleminə biganə yanaşılılr: “Tovuz rayon Əlibəyli kəndinin sakinlərinin uzun illərdir ki, çoxsaylı problemlərindən biri olan telefon və internet problemi həll olunmur. Kənd əhalisi ermənilərlə təmas xəttində həmsərhəd kənd olaraq çox ağır və dözülməz bir vəziyyətdə yaşayır. Sonuncu dəfə bu ilin 12 iyul tarixində Tovuzda gedən döyüşlərin, erməni təxribatının hamımız şahidi olduq.

Qeyd etmək istərdim ki, Əlibəyli kəndində infrastruktur çox bərbad vəziyyətdədir. Buna baxmayaraq, kəndimizlə maraqlanan yoxdur ki, biz necə telekommunikasiyanın, eləcədə internetin olmadığı bərbad şəraitdə yaşayırıq. 

Ağır şəraitdə yaşamağımız bir tərəfə, rabitə və internetdən məhrum olmağımız Əlibəyli kəndindən olan tələbə və şagirdlərin təhsilinə də olduqca mənfi təsir göstərir. İndi hansı dövrdür ki, biz ən müasir və yeni avadanlıqlarla təchiz olunmaq əvəzinə, heç internetdən normal qaydada istifadə edə bilmirik?

Bu problemlə bağlı sonuncu dəfə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə bir qrup kənd sakinləri adından yaşadığmız ərazi poçtundan 17.06.2020-ci il tarixində 0002731387 saylı teleqram göndərilib. Lakin həmin teleqramın nəticəsi barədə heç bir məlümat əldə edə bilməmişik. Bundan sonra elektron müraciət olundu, lakin bu müraciətimizə də dolayı yolla mənfi cavab verilərək, köməklik göstərilməsindən imtina edildi.”

Sonda şikayətçi bu problemin aidiyyatı olan qurumlar tərəfindən nəzarətə götürülməsini və təmas xəttindəki bu kəndin normal rabitə və internetlə təmin olunmasını xahiş edir.

Həmçinin oxuyun

Müəllimin xəbəri olmadan maaş kartından pul çıxarılıb (VİDEO)

Bərdədə orta məktəb müəlliminin xəbəri olmadan maaş kartından pul çıxarılıb.   “Xəzər Xəbər”in qaynar xəttinə müraciət …