Şənbə , Aprel 20 2024
Ana səhifə / Bölgələr / Tovuzda 13 yaşlı qızı qaçırmaqda şübhəli bilinən şəxs ailəli imiş – VİDEO

Tovuzda 13 yaşlı qızı qaçırmaqda şübhəli bilinən şəxs ailəli imiş – VİDEO

Tovuzda itkin düşüb Xaçmazda tapılan 13 yaşlı məktəblini qaçırdığı iddia edilən şəxsin yaxınları danışıblar.

Qızı qaçırmaqda şübhəli bilinən Xudat şəhər sakini Səfər Kavazovun 40-dan çox yaşı var və ailəlidir.

Üç övladı olan S.Kavazov Xudat şəhər xəstəxanasında mühafizəçi kimi çalışır.

Saxlanılan şəxsin qohumu Günel Kavazova mövzunu eşitdikdə təəccübləndiyini qeyd edib:

“Məsələni bu gün eşitmişəm. Təəccübləndim, ailəli adamdır. Son dəfə onu bu gün görmüşəm”.

Daha ətraflı Baku TV-nin süjetində:

Həmçinin oxuyun

Şuşalılar doğma yurduna qayıdırlar – VİDEO

“May ayından etibarən Şuşa şəhərində bərpa-tikinti qrafikinə uyğun olaraq, mərhələli formada inşa edilmiş evlərə ailələrin …