Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Bölgələr / Tərtərdə daxmanı xatırladan məktəb binası təhlükəli vəziyyətdədir – VİDEO

Tərtərdə daxmanı xatırladan məktəb binası təhlükəli vəziyyətdədir – VİDEO

ərtər rayonunda Kəlbəcərdən məcburi köçkün olan şagirdlərin təhsil aldıqları məktəbin binası qəzalı vəziyyətdədir.  

Söhbət birmərtəbəli daxmanı xatırladan tikilidən, əslində isə Kəlbəcər rayon 127 saylı orta məktəbdən gedir. 

Məktəbin damını külək aparmaması üçün üzərinə daşlar yığılıb. Tikilinin içi də acınacaqlı vəziyyətdədir- tavan uçub, oturacaq və lövhələr də köhnədir.

Tərtərin Həsənqaya kəndində yerləşən təhsil ocağı 15 ilə yaxındır ki, məcburi köçkün ailələrinin məskunlaşdığı ərazidə fəaliyyət göstərir.

Qış aylarında vəziyyət daha da acınacaqlı olur.

Problemlə bağlı Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin Kəlbəcər rayonu üzrə təhsil sektorunun müdiri Namiq Rəcəbov bildirib ki, sözügedən məktəb uyğunlaşdırılmış binada fəaliyyət göstərir. Binanın dam örtüyünün əsaslı təmirə ehtiyacı var. Artıq mövcud problemlə bağlı tikinti təchizat sektoruna məlumat verilib.

Daha ətraflı süjetdə:

Həmçinin oxuyun

Qəbula düşə bilməyən vətəndaş: “Nazirə məktəbin problemlərindən danışacaqdım”

“Hamını birinci mərtəbədəki havasız bir otağa yığdılar, nazirsə ikinci mərtəbədə qəbul edəcəkdi” “Ötən aydan deyirdilər …