Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Bölgələr / Şuşada diş klinikası açıldı – Fotolar

Şuşada diş klinikası açıldı – Fotolar

Şuşa şəhərində “Azcake” MMC-yə məxsus ilk çörək və şirniyyat müəssisəsinin açılışından sonra daha bir sahibkarlıq subyektinin fəaliyyətinə şərait yaradılıb. Belə ki, Mamedov Dental Klinikanın Şuşa filialı istifadəyə verilib.

Bunu açıqlamasında hazırda Şuşada əsgərlərimizin diş problemlərinin aradan qaldırılması üçün çalışan müəssisə rəhbəri Əkbər Məmmədov deyib. Stomatoloq klinikanın bütün lazımi avadanlıqlarla təmin edildiyini diqqətə çatdırıb:  

“Şuşada ilk stomatoloji klinikanı biz qurduq. Həkimlərimiz artıq burada fəaliyyət göstərirlər. Çərşənbə axşamına kimi Hadrutda çalışdıq. Sonra da Xankəndiyə baş çəkib Şuşaya gəldik. Şənbə gününə kimi buradayıq. Korpus komandiri Mayis müəllim mənə şəxsən özü tapşırdı ki, klinikanı qurun, gəlib baş çəkəcəm. Biz də gəlib bütün avadanlıqları olan bir klinika yaratdıq.

Əsgərlərimiz gəlir, onlara xidmət göstəririk. Klinikada işığımız yox idi, bizə generatorla işıq verdilər, “Azərsu” ASC bizi su ilə təmin etdi, hazırda klinikamız 24 saat fəaliyyət göstərir. Şənbə günü Bakıya gedəcəm. Lakin biz burada olmayanda da klinikada həkimlərimiz olacaq və növbəli şəkildə işləyəcəklər, fəaliyyət dayandırılmayacaq”.

Sayad HƏSƏNLİ

Şuşada diş klinikası açıldı - Fotolar
Şuşada diş klinikası açıldı - Fotolar
Şuşada diş klinikası açıldı - Fotolar
Şuşada diş klinikası açıldı - Fotolar

Həmçinin oxuyun

Müəllimin xəbəri olmadan maaş kartından pul çıxarılıb (VİDEO)

Bərdədə orta məktəb müəlliminin xəbəri olmadan maaş kartından pul çıxarılıb.   “Xəzər Xəbər”in qaynar xəttinə müraciət …