Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Bölgələr / Şuşa əməliyyatından yeni kadrlar – VİDEO

Şuşa əməliyyatından yeni kadrlar – VİDEO

44 günlük Vətən müharibəsinin hər anında, hər qarışında Azərbaycanın qəhrəman, cəsur övladlarının qəhrəmanlığı əksini tapır. Lakin Şuşanın (8 noyavr 2020-ci il) işğaldan azad edilməsindən sonra Ermənistan hərbi-siyasi rəhbərliyinin ağ bayraq qaldırması alınmaz qalanın əhəmiyyətini bütün dünyaya nümayiş etdirdi. Şuşa döyüşlərindən sonra düşmənin kapitulyasiya aktına imza atması sübut etdi ki, Şuşa kimdədirsə, Qarabağ da ondadır.

II Qarabağ müharibəsinin bitməyindən artıq 1 il keçsə belə, hələ də Şuşanın azad edilməsi uğrunda Azərbaycan əsgərinin qəhrəmanlığı dünyanın məşhur hərbi ekspertləri tərəfindən də hər dəfəsində heyrətlə qeyd edilir. Dünya hərb tarixi üçün hələ də müəmmalı olaraq qalan Şuşa döyüşləri, əlbəyaxa küçə savaşı nəticəsində alınmaz qalanın azad edilməsi müharibənin nəticəsini həll etdi. Lakin hələ də Qarabağın incisi olan Şuşa uğrunda gedən döyüşlərlə bağlı xatirələr bitib tükənmək bilmir.

Ən maraqlısı isə heç şübhəsiz ki, Şuşanın erməni quldurlarından azad edilməsi ilə bağlı real döyüş səhnələri, arama-tarama əməliyyatlarının əks olunduğu kadrlardır.

Milli.az 

https://daytube.az/az/embed/119085

Həmçinin oxuyun

Müəllimin xəbəri olmadan maaş kartından pul çıxarılıb (VİDEO)

Bərdədə orta məktəb müəlliminin xəbəri olmadan maaş kartından pul çıxarılıb.   “Xəzər Xəbər”in qaynar xəttinə müraciət …