Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Bölgələr / Şirvan şəhər rəhbərliyi şəhid Zülfüqarlı Zeynalın yeni doğulan övladını ziyarət edib – FOTO

Şirvan şəhər rəhbərliyi şəhid Zülfüqarlı Zeynalın yeni doğulan övladını ziyarət edib – FOTO

Torpaqlarımızın işğaldan azad olunması uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olan Zülfüqarlı Zeynal Alim oğlunun yolunu səbirsizliklə gözlədiyi övladı oktyabrın 28-ində dünyaya gəlib.

Elə atasının şərəfinə şəhid övladına Zeynal adı verilib. Bu gün Şirvan şəhər İcra Hakimiyyətinin başçısı və aparatın məsul işçiləri, hüquq-mühafizə orqanlarının rəhbərləri və ictimaiyyət nümayəndələri övladının dünyaya gəlməsi münasibəti ilə şəhidin ailəsini ziyarət edib.

Şəhidin valideynlərini təbrik edən qonaqlar, ikinci Zeynalın hər birimiz üçün şəhid əmanəti olduğunu bildiriblər. Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov qeyd edib ki, şəhid ailələrinin və müharibə əlillərinin sosial müdafiəsinin gücləndirilməsi və rifah halının yaxşılaşdırılması dövlət siyasətin əsas istiqamətlərindən biridir. Dövlət başçısı cənab İlham Əliyevin və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevanın şəhidlərimizə, şəhid ailələrinə diqqət və qayğısı hər bir dövlət məmuru və siravi vətəndaş üçün örnəkdir. Şəhid ailələrinin mənzillə təmin olunması, onlara güzəştli ipoteka kreditlərinin, torpaq sahələrinin, müavinət, pensiya və Prezident təqaüdünün verilməsi, şəhid övladlarının təhsil haqlarının dövlət tərəfindən ödənilməsi, şəhid adlarının əbədiləşdirilməsi ilə bağlı atılan addımlar dövlət tərəfindən göstərilən diqqət və qayğının təzahürüdür.

Bu siyasətin davamı olaraq, Şirvan şəhərində də şəhidlərimizin əziz xatirəsi həmişə uca tutulub, ailələrinə hörmət və ehtiram göstərilib, şəhidlərin məzarları vaxtaşırı ziyarət edilib, şəhid ailələrinin sosial problemlərinin vaxtında həlli olunması istiqamətində lazımi işlər görülüb və bundan sonra da görüləcəkdir. Şəhid Zülfüqarlı Zeynalın ailə üzvləri şəhidlərin ailələrinə göstərilən dəstəyə görə Ölkə başçısına, Birinci vitse-prezidentimizəminnətdarlıqlarını bildiriblər.

Bu gün Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı və idarə-müəssisə rəhbərlərinin körpə Zeynala baş çəkməsinin şəhid adının necə uca tutulduğunun bariz nümunəsi olduğunu vurğulayıblar. Balaca Zeynalın dünyaya gəlişindən təsəlli tapan ailəsi hər iki Zeynalın yaşaması üçün başlarını dik tutduqlarını qeyd ediblər.

Tədbir iştirakçıları balaca Zeynala atası kimi vətənə layiqli, şərəfli övlad olaraq böyüməsini, azad edilən torpaqlarımızın keşiyində qürurla xidmət etməsini arzulayıblar. Bildirilib ki, sentyabrın 27-sindən Ali Baş Komandanın rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusu torpaqlarımızın düşmən tapdağından xilas olunmasında misilsiz şücaət göstərir.

Ali Baş Komandan Azərbaycan ordusunun hər zəfər xəbərini səsləndirdikdə bütün şəhidlərimizin ruhu şad olur. Tökülən qanların yerdə qalmaması, balaca zeynalların azad və bütöv Azərbaycanda xoşbəxt böyüməsi üçün bu gün hər bir vətəndaşımızDövlət başçısının ətrafında sıx birləşməlidir. Bütün şəhidlərimizə Allahdan rəhmət diləyən qonaqlar sonda şəhidin övladına hədiyyələrini təqdim ediblər.

Həmçinin oxuyun

Sitalçay sakini: “Bar verən 200 meyvə ağacımız susuzuqdan quruyur”

Sakinlər iddia edir ki, içməli olduqları su xətlərdəki çürümələr səbəbindən küçələrə axır Xızının Sitalçay kəndinin …