Şənbə , Aprel 20 2024
Ana səhifə / Bölgələr / Sel Lerikin 10-a yaxın kəndini qazsız qoydu- VİDEO

Sel Lerikin 10-a yaxın kəndini qazsız qoydu- VİDEO

Lerikdə yağan leysandan sonra yaranan sel 10-a yaxın kəndin qazsız qalması ilə nəticələnib.

Rayonun Kələxan kənd sakini Razqayıt Abdullayeva “Qafqazinfo”ya müraciət edərək bildirib ki, dünən saat 16 radələrində başlayan sel qaz xəttlərinə ziyan vurub və sakinlərin qazın verilişi dayanıb.

“Azəriqaz”ın mətbuat katibi Ceyhun Səfər bildirib ki, hazırda dəyən ziyanın aradan qaldırılması ilə bağlı işlər gedir:

“Lerik rayonu, Osmanlı, Kəlvəz, Kələxan, Göydərə, Məhləbad, Hiyveri, Hüseynabad və Amburdərə kəndlərində güclü selin gəlməsi nəticəsində qaz xətlərinin qırılması ilə əlaqədar iyulun 18-i saat 18:40-da qaz təchizatı müvəqqəti dayandırılıb.

Bununla əlaqədar 352 istehlakçının qaz təminatında fasilə yaranıb. Təmir işlərinin bu gün yekunlaşdırılması planlaşdırılır”. Qafqazinfo

Həmçinin oxuyun

Canına qəsd edən qazinin atası: “Azyaşlı qızlarına ürəyi istəyəni ala bilmirdi” – Fotolar

“Oğlum işsizlikdən, həyat şəraitinin acınacaqlı olması səbəbindən bezib canına qəsd etdi”.Bunu Yeniavaz.com-a yaşadığı evdə canına qəsd …