Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Bölgələr / Sel körpünü yenidən uçurdu, yaşayış məntəqələri ilə əlaqə kəsildi

Sel körpünü yenidən uçurdu, yaşayış məntəqələri ilə əlaqə kəsildi

Hacıqabulda sel körpünü yenidən uçurub.

Son günlər havaların qeyri-sabit keçməsi nəticəsində rayonun Udulu kəndi ərazisindən keçən Pirsaatçayda daşqınlar yaranıb.

Yeli sakinlərin sözlərinə görə, sel-suları çayın üzərindəki köhnə körpünü uçuraraq tamamilə yararsız hala salıb. Bununla da Udulu kəndi istiqamətindən 7 yaşayış məntəqəsinin rayonla əlaqəsi müvəqqəti kəsilib.

Rayon İcra Hakimiyyətindən verilən məlumata görə, sel-sular Udulu kəndini birləşdirən çay üzərindəki körpünü uçursa da, yaşayış məntəqələrini birləşdirilən Tağılı kənd istiqamətindəki alternativ yoldan istifadə edilir. Uçan körpünün yaxınlığında isə yeni körpü tikilir. Sel dayanan kimi həmin körpünün tikintisi davam etdiriləcək.

Tikinti başa çatdıqdan sonra əhalini narahat edən problem birdəfəlik həll olunacaq.

Qeyd edək ki, sel mayın 9-da axşam saatlarında da Pirsaatçay üzərindəki köhnə körpünü uçurmuşdu. Report

Həmçinin oxuyun

Sitalçay sakini: “Bar verən 200 meyvə ağacımız susuzuqdan quruyur”

Sakinlər iddia edir ki, içməli olduqları su xətlərdəki çürümələr səbəbindən küçələrə axır Xızının Sitalçay kəndinin …