Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Bölgələr / Samuxdakı fermerlər məmurların əlindən imdad diləyir – “Batırıq…” + VİDEO

Samuxdakı fermerlər məmurların əlindən imdad diləyir – “Batırıq…” + VİDEO

Samux rayon Ağasbəyli kəndində fermer fəaliyyəti ilə məşğul olan Anar Qəribov adlı vətəndaş Azinforum.az saytına müraciət edərək, bildirib ki, Samux rayon Suvarma Sistemləri İdarəsinin mühəndisi Allahverdiyev Sahil adlı şəxs onlarla şəxsi qərəzçilik aparır və əkdikləri əkini suvarmaq üçün su vermir. Sahibkar bildirir ki, ölkə rəhbərliyinin tövsiyyəsinə uyğun olaraq, onlar ikinci əkini əkiblər. Həmin strtaeji məhsul susuzluq səbəbindən hazırda məhv olma təhlükəsi ilə üzləşib. Anar Qəribov bununla bağlı hətta Samux Rayon İcra Hakimiyyətinə də şikayət etdiyini, lakin heç bir tədbirin görülmədiyini deyir. Azinforum.az sahibkarın bizə ünvanladığı videomaterialı və Samux rayon Suvarma Sistemləri İdarəsinin mühəndisi Allahverdiyev Sahilin səslənən ittihamlarla bağlı fikirlərini ardıcıllıqla təqdim edir.

Sahil Allahverdiyev isə Azinforum.az-a açıqlamasında səslənən ittihamlarla razı olmadığını bildirdi. Onun sözlərinə görə, sahibkarla heç bir qərəzi yoxdur, sadəcə əkinlər növbəlik prinsipi ilə suvarıldığı üçün, Anar Qəribovun narahatlığı üzə çıxıb:

“Şikatəti haqqına etmək lazımdır. Bu adam birinci əkinini əkib və xeyrini götürüb. İndi ikinci əkini əkir. Bizdə elə fermerlər var ki, hələ birinci əkinini suvarıb qurtarmayıb. Həmin adam məndən İcra Hakimiyyətinə də şikayət verib. İcaraya da bildirmişəm ki, yaxınlıqda olan yonca sahəsi suvarılıb bitəndən sonra, suyu ona verəcəm”.

Redaksiyadan: Ümidvarıq ki, əlaqədar qurumlar yaranmış vəziyyəti araşdırıb, uyğun qərar verəcəklər.

Çinarə SEYİDOVA,

Azinforum.az

Həmçinin oxuyun

Müəllimin xəbəri olmadan maaş kartından pul çıxarılıb (VİDEO)

Bərdədə orta məktəb müəlliminin xəbəri olmadan maaş kartından pul çıxarılıb.   “Xəzər Xəbər”in qaynar xəttinə müraciət …