Şənbə , Aprel 20 2024
Ana səhifə / Bölgələr / Salyan, Neftçala camaatının su problemi necə həll ediləcək?

Salyan, Neftçala camaatının su problemi necə həll ediləcək?

“Kürün aşağı axınında içməli su ilə bağlı problemlər yaşanır. Salyanın, Neftçalanın əksər kəndləri bundan əziyyət çəkir”.

Bunu “Azərsu” ASC- nin şöbə rəisi Anar Cəbrayıllı deyib. O bildirib ki, Neftçala şəhəri və rayonun 14 məntəqəsi Kür su təmizləyici qurğuları ilə Şirvan – Muğan qurğularından su alır. Hazırda əsas hədəf qalan 38 yaşayış məntəqəsində su təminatını aparmaqdır.

“Bununla bağlı bizim layihə təklifimiz var. Həmin kəndlərin bir qismini Salyan şəhərinin şəbəkəsi ilə qidalandırıb, su verəcəyik. Bir qismini mövcud olan Neftçala şəbəkəsindən qidalandıracağıq. Digərlərini Biləsuvar su kəmərindən ayrılma hesabına və bir qismini isə lokal həll planları ilə təmin edəcəyik. Yəni ora xətt çəkilməyəcək. Nisbətən cod, duzlu suları təmizləyib kəndlərə verəcəyik. Bununla bağlı hökumətə təklifimiz var. Buna qədər isə maşınlarla daşınma ilə əhalini su ilə təmin etmişik”.

Həmçinin oxuyun

Canına qəsd edən qazinin atası: “Azyaşlı qızlarına ürəyi istəyəni ala bilmirdi” – Fotolar

“Oğlum işsizlikdən, həyat şəraitinin acınacaqlı olması səbəbindən bezib canına qəsd etdi”.Bunu Yeniavaz.com-a yaşadığı evdə canına qəsd …