Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Bölgələr / Saatlıda şəhid anasının mülkünü yandırdılar – Torpağını ələ keçirmək istəyirlər

Saatlıda şəhid anasının mülkünü yandırdılar – Torpağını ələ keçirmək istəyirlər

Saatlı rayonunda Vətən Müharibəsində şəhid olmuş Oqtay Səfərovun anasına məxsus torpaq sahəsi, ot tayası kənddəki imkanlı bir kişi tərəfindən yandırılıb.

Hadisə ilə bağlı Bakupost.az -a danışan, şəhidin anası Zülfiyyə Səfərova bildirib ki, bu barədə hüquq-mühafizə orqanlarına müraciət etsə də, ərazini yandıran şəxs bu əməlini boynuna almır:

“Saatlı rayonu Qaralar kəndində olan 5 hektar ərazimin 3 hektardan çoxu yandırılıb. Kimin yandırdığını da bilirik, polisə müraciət etmişik. Sadəcə o adam boynuna almır. Araşdırma aparılır deyə ətraflı məlumat verə bilmirəm. Ümid edirəm, ədalətli araşdırma apararlar, düzü nədirsə onu ortaya çıxararlar”.

Torpaq sahəsi yandırılan qadının bacısı qızı, şairə Sevinc Elsevər məsələ ilə bağlı paylaşdığı postunda qeyd edib ki, ərazini yandırdığı ehtimal olunan varlı kənd sakini hadisədən öncə şəhid anasına zəng edib və həmin torpağın ona satılmasını tələb edib:

“Xalam razı olmayıb. Kənddəki o varlı adam yəqin, fikirləşir ki, xalam bu qədər torpağı neyləyəcək, daha oğlu da yoxdur. İki qızı, qızların hərəsinin iki uşağı var. Axı onları sayan yoxdur. Yəqin, qız övladını övladdan saymırlar”.
Məsələ ilə bağlı əlavə məlumat verəcəyik.

Həmçinin oxuyun

Sitalçay sakini: “Bar verən 200 meyvə ağacımız susuzuqdan quruyur”

Sakinlər iddia edir ki, içməli olduqları su xətlərdəki çürümələr səbəbindən küçələrə axır Xızının Sitalçay kəndinin …