Cümə , Aprel 19 2024
Ana səhifə / Bölgələr / Şəkidə dərs vaxtı sinfin tavanı şagirdlərin üzərinə düşdü – Video

Şəkidə dərs vaxtı sinfin tavanı şagirdlərin üzərinə düşdü – Video

Şəkinin Çayqaraqoyunlu kənd məktəbində dərs vaxtı sinfin tavanının bir hissəsi qoparaq şagirdlərin üzərinə düşüb.
Hadisə 9-cu sinif şagirdləri dərsdə olarkən baş verib.
Tavanın üstündə olan torpaq zibil qatıyla birlikdə uşaqların üstünə düşdüyündən bəzi şagirdlər stress keçiriblər. Məktəbə dərhal təcili tibbi xidmət əməkdaşları çağırılıb, 4 şagirdə ilkin tibbi yardım göstərilib.
Valideynlər deyirlər ki, baş vermiş hadisə ilə bağlı heç kim xəsarət almasa da, məktəbdə qəzalı vəziyyətin davam etməsi övladlarının aqibəti baxımından onları ciddi narahat edir.
Fövqəladə Hallar Nazirliyinin müvafiq qurumları məktəbin 2-ci korpusuna və 3-cü korpusunda bir neçə sinif otağı ilə müəllimlər otağına girişi qadağan edib.
Şəki-Zaqatala Regional Təhsil İdarəsinin əməkdaşı Mahal Məmmədov bildirib ki, şagirdlər təhlükəsizlik üçün məktəbin qəza təhlükəsi olmayan digər sinif otaqlarına yönləndirilib və mövcud çətinliyin aradan qaldırılması üçün işlərə başlanıb.
Daha ətraflı:

Həmçinin oxuyun

Canına qəsd edən qazinin atası: “Azyaşlı qızlarına ürəyi istəyəni ala bilmirdi” – Fotolar

“Oğlum işsizlikdən, həyat şəraitinin acınacaqlı olması səbəbindən bezib canına qəsd etdi”.Bunu Yeniavaz.com-a yaşadığı evdə canına qəsd …