Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Bölgələr / Şəkidə 200 nəfər sudan zəhərlənib

Şəkidə 200 nəfər sudan zəhərlənib

Şəkidə bir qəsəbənin 200-dən artıq  sakini zəhərlənib.

Hadisə Yeni Çələbixan qəsəbəsində qeydə alınıb. Zəhərlənən şəxslərdən 41 nəfəri yeniyetmələr olub. Sakinlər qusma, qızdırma və islah əlamətləri ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına müraciət ediblər. Lakin Yeni Çələbixan qəsəbəsi sakinlərinin məlumatına görə zəhərlənənlərin sayı kifayət qədər çoxdur. Rəsmi qeydiyyatdan keçən 58 nəfərin 41 nəfəri yeniyetmədir. Qəsəbə sakinlərinin Alp.az verdiyi məlumata görə zəhərlənən şəxslərin çoxu öz evlərində müalicə alır. Lakin qəsəbənin su təhcizatını həyata keçirdən “Azərsu” ASC nə qaynar xətti, nə də mətbuat xidməti telefon zənglərinə cavab vermir.

Qəsəbə sakinləri bildirir ki, zəhərlənmə  böyük ehtimalla sudan olub.  Qida Təhlükəsizliyi Agentliyi tərəfindən məsələ araşdırılır.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, sudan müvafiq nümunələr götürülüb və ekspertiza təyin edilib.

Hazırda faktla bağlı araşdırma aparılır.

Həmçinin oxuyun

Lerikin Ağçay kəndi: “İş yoxdur, cavanlar dolanmaq üçün kəndi tərk edirlər”

Lerikin Ağçay kəndi get-gedə boşalır, kəndlilər yol və işsizlik problemi səbəbindən köçməyə məcbur qalıblar. Kənddə …