Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Bölgələr / “Relax“da karantin qaydaları pozulur: Qəlyan, hovuz… – Video

“Relax“da karantin qaydaları pozulur: Qəlyan, hovuz… – Video

Lerik rayon ərazisində “Relax” ailəvi istirahət məkanı Operativ Qərargahın qaydalarını kobud şəkildə pozub.

Bu barədə “Xəzər” televiziyasının bölgə müxbiri Nizami Rəsulov “Facebook”da paylaşım edib.

O bildirib ki, istirahət məkanı ərazisində qanunsuz qəlyan istifadəsi halı aşkar olunub:

“Bu barədə ərazidə olan əməkdaşlarımız məlumat verib. Bildirilir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın tapşırıq və tövsiyələrinə uyğun olaraq bütün ərazilərdə pandemiyanın qarşısının alınması istiqamətində tədbirlər həyata keçirilir.

Ancaq buna baxmayaraq, təəssüf hissi ilə qeyd edə bilərik ki, Lerik rayonunun “Relax” ailəvi istirahət makanında qadağan olunan qəlyanın istifadəsi faktı aşkar edilib. Bunu video görüntü də təsdiq edir…

Ümid edirik ki, aidiyyəti qurumlar bu məsələ ilə bağlı bir tədbir görəcəklər”.

Həmçinin oxuyun

Lənkəranda veteranın anasının xəstəliyinə görə canına qəsd etdiyi deyilir

Lənkəran şəhərində 24 yaşlı Əhməd Salayevin anasının xərçəng xəstəsi olmasını eşidib həyatına qəsd etdiyi deyilir.Hadisə …