Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Bölgələr / Qusarın icra başçısı canını çox istəyirmiş… – “GİZLƏNİB” iddiası…

Qusarın icra başçısı canını çox istəyirmiş… – “GİZLƏNİB” iddiası…

“Koronavirus pandemiyası dövründə digər rayonların icra başçılarına həsədlə baxdıq. Gördük ki, əksər rayonların başçıları camaatın durumu ilə şəxsən maraqlandı. Amma Qusarda belə olmadı və indi də belə deyil. Görünür, digər başçılardan fərqli olaraq Qusar RİH rəhbəri Şair Alxasov canını daha çox istəyir”. Bu sözlər DİA.AZ-a ünvanlanan müraciətdə yer alıb.

Müraciət müəllifi giley edir ki, karantinin ən sərt dövründə də, karantin rejimi yumşaldıqdan sonra da hansısa Qusar sakininin Şair Alxasova dərdini çatdırması müşkülə çevrilib. Dia.az-a bildirilir:

“Bəhanə də gətirirlər ki, başçı virusa yoluxa bilər. Yaşlı adamdır. Əgər belədirsə, Şair Alxasov xəstəliyə yoluxmaması üçün biz sakinlərdən qaçırsa, o zaman cənab Prezident Qusara daha sağlam və daha gənc birini rəhbər təyin etsin ki, biz də dərdimizi söyləyə bilək”.

Müraciətin sonunda qeyd olunur ki, ola bilsin ki, ümumiyyətlə Şair Alxasov Qusarda deyil: “Şaiyə gəzir ki, başçımız ilk gündən Bakıdadır və rayonu oradan idarə edir”.

Həmçinin oxuyun

Mənşur Gülməmmədli vəzifəsindən azad edildi – Naxçıvan Hava Limanına bu şəxs rəhbərlik edəcək

Mənşur Gülməmmədli Naxçıvan Beynəlxalq Hava Limanının direktoru vəzifəsindən azad edilib. TNS xəbər verir ki, bu …