Ana səhifə / Bölgələr / Qubada koronavirus yoxdur, yoxsa aztəminatlı ailə? – NARAZILIQ…

Qubada koronavirus yoxdur, yoxsa aztəminatlı ailə? – NARAZILIQ…

Quba rayon İcra Hakimiyyətinin koronavirus pandemiyasından xəbəri yoxdur?

Azərbaycanda koronavirus pandemiyasının aradan qaldırılması üçün xüsusi karantin rejiminin tətbiq olunmasından sonra bir çox dövlət müəssisələrinin fəaliyyəti dayandırılsa da, bəzi qurumlar ciddi iş qrafiki ilə fəaliyyətlərini davam etdirməkdədirlər.

Ölkədə xüsusi karantin rejiminin tətbiqinin ilk günündən aktiv fəaliyyət göstərən dövlət qurumlarının ilk sıralarında rayon icra hakimiyyətləri gəlir. Rayon İcra Hakimiyyətləri karantin dövründə sosial cəhətdən qənaətbəxş durumda olmayan aztəminatlı ailələrə, tənha və yaşlı insanlara sovqat aparmaqla, şəhərdaxili yollarda dezinfeksiya işləri görməklə yanaşı, eyni zamanda əhali arasına çıxaraq situasiyanı onlara izah edib maarifləndirdilər. Ancaq dövlətin, xalqın imtahan qarşısında olduğu indiki dönəmdə varlığı ilə yoxluğu bilinməyən icra hakimiyyətləri də az deyil.

Qlobal.az xəbər verir ki, dövlət başçısının, hakimiyyətin ali rəhbərliyinin çağırışlarına məhəl qoymayan, təşəbbüslərə qoşulmayan İcra Hakimiyyətlərindən biri də Quba rayon İcra Hakimiyyətidir. Hər halda Quba rayon İcra Hakimiyyətinin rəsmi saytı bunu deməyə bizə əsas verir. Təsəvvür edin ki, ölkədə artıq ikinci aydır ki, koronavirus pandemiyasına qarşı mübarizə aparılır, bütün dövlət qurumları səfərbər olunub, gördükləri işlər barədə həm dövlətə, həm də ictimaiyyətə mütəmadi məlumat verirlər. Amma bunlara baxmayaraq, Quba rayon İcra Hakimiyyətinin rəsmi saytında bu rayonun rəhbərliyinin rayon əhalisindən kimlərə yardım etdiyi, hansı küçələrdə dezinfeksiya işləri apardığı barədə bir cümlə də olsun xəbər yoxdur. Quba rayon İcra Hakimiyyətinin rəsmi saytına baxdıqda insana elə gəlir ki, bu rayonda kasıb, aztəminatlı ailə, tənha və yaşlı insan yoxdur, ya da, Quba rayon İcra Hakimiyyətinin rəhbərliyinin ölkədə baş verəndən, daha doğrusu rayondan xəbəri yoxdur.

Quba rayon İcra Hakimiyyəti xüsusi karantin rejimi dövründə Quba rayon İcra Hakimiyyətinin hansı maarifləndirici tədbirlər gördüyü, şəhərdaxili yollarda apardığı dezinfeksiya işləri və nə qədər aztəminatlı ailəyə maddi yardım etmələri ilə bağlı münasibət sualımıza münasibət bildirmədi.



Həmçinin oxuyun

Lənkəranda bir neçə kəndin sakinləri yolsuzluqdan əziyyət çəkir

Lənkəranın Gəgiran, Tükəvilə, Diryan və daha bir neçə kəndi birləşdirən yol sıradan çıxıb. Kəndlilər deyirlər …