Ana səhifə / Bölgələr / “Qoy gülsünlər mənə, bu ləyəndə çimirəm” – VİDEO

“Qoy gülsünlər mənə, bu ləyəndə çimirəm” – VİDEO

Astara rayonu Sım kənd sakini 45 yaşlı Gündüz Fətullayev illərdir ki, işsizdir.

O, pandemiyaya qədər günlük 10-15 manat qazanmaqla ailəsini dolandırıb. Artıq o da yoxdur. İndi pul qazanmaq üçün hər cür qulluğa qaçır.
Ailədə un bitmək üzrədir.
Onların nə əşyalarını qoyacaq yeri, nə də hamamları var.

“Qoy gülsünlər mənə, təmizlik işlərimizi bu ləyəndə edirəm”.

Ailə balıq saxlamaq üçün gölməçə hazırlasa da, pulları olmadığı üçün balıq ala bilməyib. Adlarına olan pay torpağı da yararsızdır.

Onlar işsizlikdən Bakıya da gəlib.

G. Fətullayev günlük 20 manata fəhlə işləyib.

Amma bu məbləğ də onun kommunal xərclərini ödəmək, ailəsini dolandırmaq üçün sərf etmir.
Gündüz, sosial yardım almaq üçün Dövlət Məşğulluq Mərkəzinə müraciət edib.
Ona azyaşlı uşağı olmadığı üçün rədd cavabı verilib.

Daha ətraflı AzadlıqRadiosunun materialında:

https://www.facebook.com/plugins/video.php?height=314&href=https%3A%2F%2Fwww.facebook.com%2FAzadliqLive%2Fvideos%2F553077879703161%2F&show_text=false&width=560&t=0

Həmçinin oxuyun

Lənkəranda bir neçə kəndin sakinləri yolsuzluqdan əziyyət çəkir

Lənkəranın Gəgiran, Tükəvilə, Diryan və daha bir neçə kəndi birləşdirən yol sıradan çıxıb. Kəndlilər deyirlər …