Cümə , Aprel 19 2024
Ana səhifə / Bölgələr / Qonşusu ilə mübahisə etdi, gecə maşını yandırıldı – VİDEO

Qonşusu ilə mübahisə etdi, gecə maşını yandırıldı – VİDEO

Ağstafada yük maşını yanıb. “ARB TV” xəbər verir ki, hadisə rayonun Eynallı kəndində baş verib.

Kənd sakini Şükür Şükürova məxsus “QAZ-53” markalı yük maşını gecə saatlarında alışmağa başlayıb. Avtomobil sahibi hadisədən xəbər tutana kimi maşına xeyli ziyan dəyib. Şükür Şükürovun dediyinə görə, yanğından bir qədər də gec xəbəri olsaydı, alov yaxınlıqdakı evə də keçə bilərdi.

O iddia edir ki, yanğını qonşusu qəsdən törədib. Buna səbəb kimi isə bir neçə gün əvvəl həmin qonşu ilə aralarında baş verən mübahisəni əsas gətirir.

Şükür Şükürov məsələ ilə bağlı polisə yazılı müraciət edib. Ağstafa polisindən bildirilib ki, Şükür Şükürovun şübhəli şəxs kimi təqdim etdiyi qonşusu istintaqa çağırılaraq izahatı alınıb.

Fakt araşdırılır.

Həmçinin oxuyun

Canına qəsd edən qazinin atası: “Azyaşlı qızlarına ürəyi istəyəni ala bilmirdi” – Fotolar

“Oğlum işsizlikdən, həyat şəraitinin acınacaqlı olması səbəbindən bezib canına qəsd etdi”.Bunu Yeniavaz.com-a yaşadığı evdə canına qəsd …