Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Bölgələr / Qısa zaman kəsiyində qəlbləri fəth etməyi bacaran başçı…

Qısa zaman kəsiyində qəlbləri fəth etməyi bacaran başçı…

2018-ci il Gəncə şəhərinin tarixində silinməyən iz qoymuş hadisələrlə yaddaşlara həkk olundu. Ömrünün qalan  hissəsini xalqın azadlığına,  xoşbəxt və  firavan  gələcəyinə həsr  etmək amalı  ilə  yaşayan  və  bu  məqsədlə  xalqın tələbi və təkidi ilə yenidən  böyük  siyasətə  qayıdan  Ümummilli Lider  Heydər Əliyevin təməlini qoyduğu  sosial və iqtisadi kurs  bu gün  ölkə  rəhbəri, möhtərəm  prezidentimiz İlham  Əliyev  tərəfindən uğurla  aparılmaqdadır.  Gəncədə 2011-ci ildən 2018-ci ilin avqustuna qədər çox böyük işlər görülmüşdür. Şəhərdə böyük quruculuq-abadlıq işləri görülmüş, bir sıra beynəlxalq layihələr həyata keçirilmişdir.
Doğrudur, görülən işlər və görüləcək işlər yaddan çıxmır və itmir. Görülən işlərin nə qədər yaxşı tərəfləri varsa, onun bir o qədər görünməyən tərəfləri də var. Şəhərin rəhbərliyində 2011-ci ildə möhtərəm prezidentimiz İlham Əliyevin sərəncamı ilə baş vermiş dəyişiklikdən sonra abadlıq-quruculuq işləri geniş və irimiqyaslı oldu. Şəhər sakinləri bu işdə yaxından iştirak edirdi. Ancaq bəzi hallarda  əhalinin narazılıqlarını qulaqardına verən məmurlar da bürokratik əngəllər törədirdi. Bəzi məmurların səhlənkar hərəkətləri narazılıq yaradır və istər – istəməz bu da etiraza gətirib çıxarırdı. Əlbəttə, Gəncədə baş vermiş hadisələr bəzi qruplar tərəfindən törədilmiş cinayət əməli idi. Ancaq məmurlar, rəhbər işçilər tutduğu vəzifədə ona görə oturur ki, o, baş verə biləcək hər hansı bir hadisəni əvvəlcədən görüb qarşısını almalıdır. Lakin bu olmadı. Zorakı yollarla bəzi işbilənlər  verdikləri “məsləhətlər” ilə şəhər əhalisini narazı salırdı. Bütün bunların nəticəsi olaraq şəhər əhalisi bəzi məmurların özbaşınalığına son qoyulmasını istəyirdi. Edilən müraciətlər bəlkə də gizlədilməsəydi və zamanında lazım olan yerlərə çatdırılsaydı, əlbəttə  bu hadisələr olmazdı. Demək istəmirəm ki, Gəncə şəhər İH-nin başçısı Elmar Vəliyev vətəndaşları qəbul etmirdi, edirdi. Əlbətdə qəbulda bəzi narazılıqlar dilə gətirilsə də ətrafı izolyasiya etmiş məmurcuqlar həqiqəti gizlədirdilər.
Məqsədim Azərbaycan Respublikası Prezidentinin 28 avqust 2018-ci il tarixli Sərəncamı ilə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilmiş Niyazi Bayramovun qısa müddət ərzində həyata keçirdiyi tədbirlərdən danışmaqdır.
İdarəçilikdə böyük təcrübəsi olan Niyazi Bayramov 14 aprel 2012-ci ildən 28 avqust 2018-ci il tarixədək Mingəçevir şəhər icra hakimiyyətinin başçısı olmuş və bu dövr ərzində rəhbərlik etdiyi şəhərin quruculuq-abadlıq işlərinin necə həyata keçirtdiyini hamımız yaxşı bilirik.Gəncə Şəhərinə İH-nin başçısı təyin olunan kimi onun haqqında öyrənməyə başladıq. Niyazi Bayramov haqqında hamı çox müsbət fikirlər söylədi. Əlbətdə bu söylənilən fikirlər Niyazi Bayramovun Gəncə şəhərinə İH-nin başçısı təyin olunduqdan qısa bir müddət ərzində fəaliyyətində özünü göstərməsi ilə təsdiqini tapdı. Niyazi Bayramov şəhərdə hüquqları pozulmuş sahibkar, sakin, müxtəlif strukturlarda işləyən şəxslər və s. kimi  müxtəlif  təbəqə nümayəndələrini fərdi qəbul edir, onların problemlərini qanuna uyğun şəkildə həll edir,şəhər əhalisi ilə görüşləri müəyyən qapalı məkanda deyil, birbaşa məhəllələrdə və küçələrdə keçirir. Qısa müddət ərzində xalq arasında böyük rəğbət qazanıb.
Gəncə respublikamızın ikinci böyük siyasi, iqtisadi və mədəni mərkəzi olmaqla həm də Cənubi Qafqazın ən böyük tranzit şəhəridir. Məhz Niyazi Bayramovun Gəncə  şəhərinə İH-nin başçısı təyin edilməsi möhtərəm prezidentimiz İlham Heydər oğlu Əliyevin yerində verdiyi doğru qərardır.
Bu gün ölkəmizin hər yerində abadlıq-quruculuq işləri həyata keçirilir. Məhz İlham Əliyevin yürütdüyü düşünülmüş siyasət  nəticəsində   15 il  ərzində Azərbaycan beynəlxalq arenada öz mövqeyini daha da  möhkəmləndirmiş,  dövlət  quruculuğu  prosesi  sürətlənmiş,  Azərbaycanda uğurlu sosial və  iqtisadi islahatlar  aparılmışdır. Bu gün dövlət siyasətinin əsas təməli – Azərbaycanın   möhkəmlənməsi,   güclü iqtisadi  potensialın yaradılması və  Azərbaycan xalqının  təhlükəsiz şəraitdə, rifah içində yaşamasıdır.  2003-cü ildən  etibarən  Azərbaycanda uğurlu iqtisadi islahatlar aparılır.  Bu  məqsədlə yeni  iqtisadi  proqramlar  qəbul  edilmiş və  onun icrasına  başlanmışdır.
Bu  istiqamətdə  Regionların Sosial,  İqtisadi İnkişaf  Proqramı  tam  həcmlə həyata  keçirilmişdir.  İqtisadiyyatın  diversifikasiyası  nəticəsində 15 ildə  Azərbaycanda qeyri-neft sektorunun inkişafında böyük  uğurlar qazanılmış və  bunun nəticəsi olaraq, Azərbaycanın bütün bölgələrində,  rayon və şəhərlərində  yeni zavodlar, fabriklər, ictimai-iaşə obyektləri,  yeni iş  yerləri  açılmışdır ki,  bu da insanların  sosial həyatında  köklü dəyişikliklərə səbəb olmuşdur.
Məhz Gəncə şəhəri də Regionların Sosial,  İqtisadi İnkişaf  Proqramı əsasında inkişaf etdirilir. Dövlətimizin siyasətinin mərkəzində azərbaycan xalqı durduğunu həyata keçirilən islahatlar bir daha sübut edir. Bu siyasətin həyata keçirilməsində məmurlar xüsusilə diqqətli olmalıdırlar. Bəli, bu gün  Niyazi Müzəffər oğlu Bayramovun qısa müddətdə gördüyü işlər bu istiqamətdədir.O, ölkə başçısının verdiyi tapşırıqları uğurla həyata keçirir. Əgər qısa zaman kəsiyində hörmətli Niyazi Müzəffər oğlu Bayramov bu qədər etimad qazanmışdırsa, deməli, o, xalqa xidmət göstərən bir başçı kimi daha da qəlbləri fəth edəcək.
Niyazi Müzəffər oğlu Bayramova işlərində uğurlar arzulayırıq.
ELÇİN CAVADOV- Gəncə Dövlət Universitetinin dosenti, texnika elmləri üzrə fəlsəfə doktoru
ETİBAR MUSAYEV- Gəncə Dövlət Universitetinin dosenti,tarix elmləri üzrə fəlsəfə doktoru

Həmçinin oxuyun

Lənkəranda veteranın anasının xəstəliyinə görə canına qəsd etdiyi deyilir

Lənkəran şəhərində 24 yaşlı Əhməd Salayevin anasının xərçəng xəstəsi olmasını eşidib həyatına qəsd etdiyi deyilir.Hadisə …