Ana səhifə / Bölgələr / Qaxda qarın hündürlüyü 55 sm-a çatır

Qaxda qarın hündürlüyü 55 sm-a çatır

Milli Hidrometeorologiya Xidməti faktiki havanı açıqlayıb.

Xidmətdən bildirilib ki, martın 26-sı saat 12:00-a olan məlumata əsasən dünən axşam Culfa, Ordubad, Quba, Xaçmaz, Qusar, Qrız, Yardımlı, Şabran, Bakıda və Abşeron yarımadasında: Bakı, Maştağa, Çilov adasında 1.0 -2.0 mm-dək müşahidə olunan az yağıntı 26-sı səhər tədricən kəsilib, əksər rayonlarda əsasən yağmursuz keçib.

Qar örtüyü tədricən əriyib və hal-hazırda belədir: Sarıbaşda (Qax) 55 sm, Lerikdə 52 sm, Altıağacda 29 sm, Ağdərədə (Ordubad) 26 sm, Yardımlıda 23 sm, Kişçay (Şəkidə) 14 sm, Xaltan, Daşkəsəndə 12 sm, Qrızda 11 sm, Göygöldə 6 sm-dir.

Havanın minimal temperaturu: Bakıda və Abşeron yarımadasında 5°-dək isti, Naxçıvan MR-da 6°-dək şaxta, dağlıq rayonlarda 10°-dək şaxta, aran rayonlarında 6°-dək isti olub. Yaxın 2 gün ərzində ölkə ərazisində temperaturun tədricən yüksələcəyi və küləkli hava şəraitinin üstünlüyü gözlənilir.

Həmçinin oxuyun

Müəllimin xəbəri olmadan maaş kartından pul çıxarılıb (VİDEO)

Bərdədə orta məktəb müəlliminin xəbəri olmadan maaş kartından pul çıxarılıb.   “Xəzər Xəbər”in qaynar xəttinə müraciət …