23 Dekabr bələdiyyələrə seçkilər günüdür. Qax.org.az saytı olaraq,
Qax rayonunda keçiriləcək seçkiləri yaxından izləyir və mümkün neqativ
halları işıqlandırmağa çalışırıq.
Bu
günlərdə Qaxdakı bəzi bələdiyyələrlə bağlı maraqlı məlumatlar əldə
etmişik. Belə ki, 112 saylı Qax seçki dairəsi ərazisində fəaliyyət
göstərən bəzi seçki məntəqələrində ailəvi iştirakçılıq müşahidə olunur.
Məsələn,
Qum seçki məntəqəsinin sədri Qurbanov Hacıqurban Qasım oğlunun doğma
oğlu Qurbanov Sərxan Hacıqurban oğlu Qum bələdiyyəsinə üzvdür və eyni
məntəqədə səs toplamağa çalışacaq. Necə deyərlər, atası seçki günü öz
oğlu üçün “əlindən gələni etməyə çalışacaq.”
Çinarlı
seçki məntəqəsinin sədri Əliyev Vahid Nəzir oğlunun doğma qızı İsayeva
Aytən Vahid qızı və onun həyat yoldaşı, yəni məntəqə sədrinin kürəkəni
İsayev Rəşad İsa oğlu da eyni bələdiyyəyə namizəddirlər. Necə deyərlər,
məntəqə sədri Əliyev Vahid seçki günü daha çox əziyyət çəkməli olacaq,
həm qızı, həm də kürəkəni üçün səs “toplamalı” olacaq.
Ana səhifə / Bölgələr / Qaxda ailə bələdiyyələri… – oğul atasının, kürəkən qaynatasının sədr olduğu məntəqədən bələdiyyəyə namizəddir
Həmçinin oxuyun
Qəbula düşə bilməyən vətəndaş: “Nazirə məktəbin problemlərindən danışacaqdım”
“Hamını birinci mərtəbədəki havasız bir otağa yığdılar, nazirsə ikinci mərtəbədə qəbul edəcəkdi” “Ötən aydan deyirdilər …