Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Bölgələr / Qarabağda yol tikintisi nə vaxt bitəcək? – AÇIQLAMA

Qarabağda yol tikintisi nə vaxt bitəcək? – AÇIQLAMA

Türkiyənin “Proyapı” şirkəti Qarabağda yol infrastrukturu tikintisinin yaxın üç il ərzində başa çatacağını gözləyir.

Belə ki, bunu şirkətin layihə meneceri Volkan Topaloğlu Trend-ə açıqlamasında deyib.
Onun sözlərinə görə, “Proyapı” 20 ildir ki, fəaliyyət göstərir və bu müddət ərzində avtomobil və dəmiryolu nəqliyyatı sahəsində bir sıra layihələr reallaşdırıb:

“Hazırda biz Qarabağda layihələrin reallaşdırılmasında iştirak edirik. Artıq “Zəfər yolu”nun tikintisi başa çatıb. Eyni zamanda Əhmədbəyli-Füzuli-Şuşa avtomagistralının tikintisi davam edir. Biz həm də Xudafərin-Qubadlı-Laçın, Xanlıq-Qubadlı, Toğanalı-Kəlbəcər, Kəlbəcər-Laçın, Əhmədbəylli-Horadiz-Mincivan-Ağbənd avtomobil yollarının tikintisi çərçivəsində məsləhət və layihələndirmə xidmətləri göstəririk”.

Həmçinin oxuyun

Mənşur Gülməmmədli vəzifəsindən azad edildi – Naxçıvan Hava Limanına bu şəxs rəhbərlik edəcək

Mənşur Gülməmmədli Naxçıvan Beynəlxalq Hava Limanının direktoru vəzifəsindən azad edilib. TNS xəbər verir ki, bu …