Şənbə , Aprel 20 2024
Ana səhifə / Bölgələr / “Qarabağda kiçik biznes layihələri həyata keçiriləcək”

“Qarabağda kiçik biznes layihələri həyata keçiriləcək”

“İşğaldan azad edilən ərazilərin bərpa quruculuq işlərində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyin xüsusi yeri olacaq. Həmin ərazilərdə mütləq şəkildə sosial infrastruktur olmalıdır”.

Bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Vüsal Nəsirli “Böyük Qayıdış: Mədəniyyətin dirçəlişi” konfransında çıxışı zamanı deyib. O bildirib ki, işğaldan azad edilən ərazilərdə sosial infrastrukturun qurulması, peşə hazırlığı mərkəzlərinin yaradılması ilk növdə təmin ediləcək:

“DOST filialları şəbəkələrinin Qarabağda yaradılması ümdə məsələlərdəndir. Bu istiqamətdə işlərə başlanılıb. Həmin ərazilərdə məşğulluğun təmin edilməsi, kiçik bizneslərin yaradılması üçün layihələr həyata keçiriləcək”.

Həmçinin oxuyun

Canına qəsd edən qazinin atası: “Azyaşlı qızlarına ürəyi istəyəni ala bilmirdi” – Fotolar

“Oğlum işsizlikdən, həyat şəraitinin acınacaqlı olması səbəbindən bezib canına qəsd etdi”.Bunu Yeniavaz.com-a yaşadığı evdə canına qəsd …