Şənbə , Aprel 20 2024
Ana səhifə / Bölgələr / Qarabağ Qazisi Tərtərin icra başçısının biganəliyindən Prezidentə şikayət etdi -VİDEO

Qarabağ Qazisi Tərtərin icra başçısının biganəliyindən Prezidentə şikayət etdi -VİDEO

Möhtərəm Cənab Prezident!
Məlumat üçün bildirirəm ki,1970 – ci ildə Tərtər rayonunun Qapanlı kəndində anadan olmuşam.1988 -1990 – cı illərdə sovet ordusunda həqiqi hərbi xidmət keçmişəm.1992 – ci ildən 1994 – cü ilədək könüllü olaraq vətənimizin müdafiəsi uğrunda gedən döyüşlərdə aktiv iştirak etmişəm.

1994 -cü ilin yanvar ayında ağır yaralandıqdan sonra ordudan tərxis olunmuşam. 703 saylı hərbi hissəsinin əskəri olmuşam. “Müharibə veteranı” medalı ilə təltif olunmuşam. Orta təsilliyəm. 2003 – cü ildə ailə qurmuşam, 2 övladım var. Övladlarından biri anadangəlmə iflic doğulub, 2 – ci qrup əlildir.

Hazırda yaşadığımız ev Tərtər rayonunun Qapanlı kəndində yerləşir. Ötən əsirin 50 – ci illərində çiy kərpicdən inşa edilib. 1992 – 1993 cü illərdə qrunt sularının yer səthindən yuxarı çıxdığından evin yerlə təmasda olan bütün hissələri ciddi erroziyaya məruz qaldığı üçün cox ciddi qəzalı vəziyyətdədir. Bununla birlikdə 1992 – 1994 – cü illərdə kəndimizə atılan mərmilərin titrəyişi nəticəsində evimiz bir neçə yerdən yarılaraq hər an uçmaq təhlükəsi ilə üz – üzədir.

Övladımın şikəst olması ilə bağlı müəllimlər uşağa evdə təhsil verməlidirlər. Lakin evin çox təhlükəli vəziyyətdə olmasını əsas gətirib evə girməyə risk etmirlər. Bu isə övladımın təhsildən kənarda qalmasına səbəb olur.

Onu da bildirmək istəyirəm ki, 1994 – cü ildə yaralanıb ordudan təxris olunsam da bugünə kimi əlillik dərəcəsini ala bilməmişəm. Bu barədə dəfələrlə rəsmi müraciətlər etsəm də bu günə kimi heç bir köməklik edilməyib. Sonuncu rəsmi müraciətimə rayon icra hakimiyyətində cavab olaraq bildirirlər ki, büdcəmizdə sizə hər hansısa köməklik etməyə vəsait yoxdur, nə vaxt ölkə rəhbərliyi bizə vəsait ayırarsa onda sizin müraciətinə baxılar. Odur ki, Sizdən son dərəcədə xahiş edirəm, bizim ailəyə mərhəmət göstərib Tərtər rayon icra hakimiyyətinin başçısına müvafiq tapşırıq verəsiniz.

Həmçinin oxuyun

Canına qəsd edən qazinin atası: “Azyaşlı qızlarına ürəyi istəyəni ala bilmirdi” – Fotolar

“Oğlum işsizlikdən, həyat şəraitinin acınacaqlı olması səbəbindən bezib canına qəsd etdi”.Bunu Yeniavaz.com-a yaşadığı evdə canına qəsd …