Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Bölgələr / Qətlə yetirilən Nərminin valideynləri şübhəlilərdən danışdılar (VİDEO)

Qətlə yetirilən Nərminin valideynləri şübhəlilərdən danışdılar (VİDEO)

10 yaşlı Nərmin üçün alınacaq bütün hədiyyələr indi onun evinə yox, məzarı üstə gətirilir.
Onun üçün müxtəlif insanlar qohumlar, yaxınlar, tanıyanlar, tanımayanlar onun üçün aldıqları hədiyyələri uyuduğu məzar üstə qoyurlar.
Tovuz rayonunun Dondar Quşçu kəndində öldürülən Nərmin Quliyeva cinayəti ilə bağlı anası Aynurə İsmayılova “SPACE TV”yə bildirib ki, həmin gün qəbiristanlıqda Murad və İlkin olub: “Orada Nazim, İlkin və Murad olub. Məni yandıran odur ki, mənim balamı haradan bildin ki, orada uşaq yanır. Bundan yarım saat qabaq yoldaşım oradan keçib. O, keçən vaxt həmin yerdə heç nə olmayıb. Həmin gün qəbiristanlıqda Murad və İlkin hərlənirmişlər. basdıra bilmədilər, yandırdılar. Məni analar yaxşı başa düşər. Mən də bir valideynəm. Mənim uşağımı neçə gün apardın, zülm verdin, əziyyət verdin. Niyə yandırdın, qoymadın ki, o gözəlliyi özü ilə gətirsin mənim balam”.
Nərminin atası Şərif Quliyev isə Altaydan heç bir şühəsinin olmadığını deyib: “Mənim Altayla heç bir mübahisəm yoxdur. Bu gün də onunla münasibətimiz yaxşıdır. Mənim Altaydan şübhəm yoxdur”.

Həmçinin oxuyun

Lənkəranda veteranın anasının xəstəliyinə görə canına qəsd etdiyi deyilir

Lənkəran şəhərində 24 yaşlı Əhməd Salayevin anasının xərçəng xəstəsi olmasını eşidib həyatına qəsd etdiyi deyilir.Hadisə …