Prezident Ağsuda vətəndaşların şikayət məktublarını özü bir-bir
onlardan aldı, nəzarətə götürdü, həllinə vəd verdi. Bu, əslində, Ağsuda
illərlə yığılıb qalaqlanmış problemlərin bir hissəsiydi.
Rayonu
çapıb-talayan məmur ordusu vəziyyəti o həddə gətirib çıxarmışdı ki,
insanların son güman yeri dövlətin başçısı idi. Elə də oldu.
Çünki
rayonun başçısı Ənvər Seyidəliyev, bacısı oğlu olan sabiq nazir Səlim
Müslümov və yaxınları Ağsunu on ildən yuxarıdır ki, tar-mar etməkdədir.
Reportyor.info
yazır ki, əhalini bu vəziyyətə gətirib çıxaran hansı səbəblərdən
başlasan azdır: Ağsu DSMF işçisi Altay Sarıyevin rüşvət istəməsindən, 6
azyaşlı uşağı olan Cəsarət Qarayevin sosial yardım ala
bilməməsindən,3-cü qrup əlil OrxanKərimovun başçı müavini İqbal
Mikayılovun qəbuluna gedib, özünə və xəstə anasına yardım etməməsindən,
yoxsa tövləsi yanan, təsərrüfatı tələf olan çarəsiz -şəhid bacısının
müraciətinə laqeyd yanaşılmasından danışaq – bunlar Ağsuda icra
başçısının yarıtmaz idarəçiliyinin doğurduğu nəticələrin bir
qismidirlər.
Ə.Seyidəliyev
– S.Müslümov tandemi, dayı-bacıoğlu qruplaşmasının fəaliyyəti yalnız
özlərinə xidmət edib. Onlar qohum-əqrəbalarını vəzifələrə
yerləşdiriblər, həmin məmurlar isə Ağsunun camaatının şikayətlərinə
baxmayıblar, rayon “barıt çəlləyi”nə çevrilib.
Bu
sosial zülmün mənzərəsi idi ki, sakinlər əldə məktubları prezidentə
çatdırdılar. Belə demək mümkünsə, o məktublar Ağsu icra başçısının
qələminin qırılmasına verilmiş fərman ola bilər.
Çətin
ki prezident ayağında 2 milyard yeyinti olduğu iddia edilən
rüşvətxorluğa son qoymayan keçmiş nazir S.Müslümovun dayısı
Ə.Seyidəliyevi vəzifədə saxlasın.
Təsadüfi
deyil ki, bu gün təkcə Ağsuda S.Müslümovun doğulduğu kənddə elə bir
adam yoxdur ki, sosial müavinət almasın. Hətta rayonda zarafata salıb
deyirlər ki, Pirhəsənli kəndinin beşikdə olanlarına da yardım yazılıb.
Ağsuda
Səlim Müslümovun 60 hektar, Ənvər Seyidəliyevin isə 20 hektar sarımsaq
sahəsi də var. Pisi budur ki, onlar bu sahələrdə rayon camaatını
qəpik-quruşa işlədirlər. İndisə iş elə gətirib ki, onların da zəhmət
haqqını vermirlər.
Səlim
Müslüovun digər dayısı Fətulla Seyidəliyev “Kapitalbank”ın rayon
filialının müdiridir. Xalası oğlu, Fətulla Seyidəliyevin kürəkəni Eldost
Mehdizadə “Kapitalbank”ın rayon filialında kredit şöbəsinin müdiridir.
Səlim
Müslümovun digər dayısı, icra başçısının qardaşı Mirfazil Seyidəliyev
pensiyaçı olsa da, rayon pambıq qəbulu məntəqəsində müdirdir.
Səlim
Müslümovun dayısının arvadı Şəhrəbanu Məlikova Ağsu Mərkəzi
Xəstəxanasının baş həkimidir. Siyahı çox uzundur, biz ümumi motivi
çatdırdıq.
Ki,
Ağsu əhlinə zülm edən bir klan rayonda heç bir abadlıq-quruculuq həyata
keçirməyib, kəndlilərin torpaqlarını əlindən alıb, sahibkarlara “divan
tutub”.
Belə
bir idarəçilik axıra qədər həyatda qala bilməzdi. Prezidentə çatan
məktublar Ə.Seyidəliyevin sonunu tam yaxınlaşdırdı. İndi nazir qohumu da
yoxdur və ölkə başçısı Şamaxının ardınca bu bölgəyə də yeni, gənc
idarəçi təyin edəcək.
Reportyor.info
xəbər verir ki, rayon maliyyə şöbəsinin müdiri Radim Müslümov isə icra
başçısını digər bacısı oğlu, nazir Səlim Müslümovun qardaşıdır.
Ağsu
bazarı icra başçısının başqa bir qohumu Varis Nəzərovun nəzarətinə
verilib. İcra başçısının Teymur Seyidəliyev adlı qardaşı isə qeyri-rəsmi
ödənişlərin toplanmasına nəzarət edir.
Ənvər
Seyidəliyev tərəfindən 700 ha torpaq sahəsi, Ağsu şəhərində və ona
bitişik Navahı, Qaraməmmədli, Pirhəsənli, Ülgüc və Qaraqaşlı kəndlərində
mənzil tikintisinə bələdiyyə adından satılıb, əldə edilən maliyyə
vəsaitləri mənimsənilib. Girdiman çayında S. Müslümovun drabilkası və
daş karxanası var. Ümumiyyətlə, Girdiman çayı özəlləşdirilib. Ənvər
Seyidəliyevin açdığı daş karxanası və tamet pilitə sexləri var.
Bu
rayonu özəl obyekti kimi istifadə etməkdə davam edir. Təzə tikilən
xəstəxana üçün ayrılmış məbləğin müəyyən hissəsi Ənvər Seyidəliyev
tərəfindən mənimsənilib.
Belə çirkli pullar hesabına, Bakıda – Badamdarda və Mərdəkanda hər birinin dəyəri 4-5 milyon olan 2 villası var.
Ənvər
Seyidəliyev rayonun iqtisadi inkişafına, su-kanalizasiya tikintisinə
ayrılmış dövlətin 51 milyon manatı hara xərclədiyi hələ də məlum deyil.
Əldə
etdiyimiz xəbərlərə görə, prezidentlə görüşdə məktub verən Ağsu
sakinlərinin nədən şikayət etdikləri ciddi şəkildə araşdırılır. Həmin
faktlar icra başçısının qanunsuz əməllərini ortaya çıxara bilər.
Yeri
gəlmişkən, bu günlərdə 7gun.az yazmışdı ki, Eldar Mahmudov vaxtılə
yüksək vəzifə səlahiyyətlərindən istifadə edərək Ənvər Seyidəliyevin
oğlu Dəyanət Seyidəliyevin və qohumu Xəzər Müslümovun cinayət
məsuliyyətinə cəlb edilməmələri üçün göstəriş vermişdir.
Bəzi
məlumatlara görə ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin
əməkdaşları Xəzər Müslümovdan külli miqdarda narkotik vasitələr və
psixotrop maddələr aşkar edərək götürmüşlər.
Ənvər
Seyidəliyev onun cinayət məsuliyyətindən yayındırılması üçün Eldar
Mahmudovla görüşmüşdür. Xəzər Müslümov İsmayıllı rayon Maliyyə
İdarəsinin rəisi Nadim Müslümovun oğlu və Səlim Müslümovun qardaşı
oğludur. Bütün bu dosye, faktlar, iddialarla bağlı Ağsu RİH-nin
mövqeyini dərc edə bilərik.
Ana səhifə / Bölgələr / Prezidentə çatan məktublarda Ağsu başçısını bitirən faktlar – Bir klanın sonu…
Həmçinin oxuyun
Lənkəranda bir neçə kəndin sakinləri yolsuzluqdan əziyyət çəkir
Lənkəranın Gəgiran, Tükəvilə, Diryan və daha bir neçə kəndi birləşdirən yol sıradan çıxıb. Kəndlilər deyirlər …