Çərşənbə axşamı , Mart 19 2024
Ana səhifə / Bölgələr / Polislər koronaviruslu taksi sürücüsünü bu yolla iş başında yaxaladı – FOTO

Polislər koronaviruslu taksi sürücüsünü bu yolla iş başında yaxaladı – FOTO

Hacıqabul rayonunda COVID-19 virusuna yoluxan Gigiyena və Epidemiologiya Mərkəzinin sürücüsü taksi fəaliyyəti ilə məşğul olub.

Hacıqabul Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının əldə etdikləri məlumat əsasında Hacıqabul Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin sürücüsü, koronavirus testinin nəticəsi pozitiv çıxan rayon sakini, 1977-ci il təvəllüdlü Məmmədov Mahir Əlibala oğlunun xəstə olmasına baxmayaraq, taksi fəaliyyəti ilə məşğul olduğu, yaşayış yerini tərk etdiyi müəyyən edilib.

Həmin şəxsin virusa yoluxduğu üçün işə çıxmaması və evdə müalicə olunması barədə qərar qəbul edilib. O, işə çıxmamasını fürsət bilərək ona məxsus “Chevrolet” markalı 99-RN-783 dövlət nömrə nişanlı avtomobillə taksi fəaliyyəti göstərib, marketdə alış-veriş edib. Bütün bunlar marketlərdən birinin təhlükəsizlik kamerasına düşüb.

Polis əməkdaşı ona zəng edib və özünü şəhər sakini kimi təqdim edərək taksi sifarişi verib. M.Məmmədov sifarişi qəbul edərək hansı ünvana gəlməsini soruşub. Toplanan materiallar əsasında M.Məmmədov taksi fəaliyyəti ilə məşğul olmaqla epidemiya, sanitar-gigiyena və ya karantin rejimi qaydalarını kobud şəkildə pozaraq COVID-19 virusunun digər şəxslərin yoluxmasına risklər yaradıb, sağlam şəxslərin həyatını real təhlükə altında qoyub. Eyni zamanda sürücünün risk altında qoyduğu sərnişinlərin müəyyən edilməsi istiqamətində aydınlaşdırmalar aparılır və adıçəkilən şəxsin taksi xidmətindən istifadə edən sərnişinlərin koronavirus testindən keçmələri xahiş olunur.

Faktla bağlı Hacıqabul RPŞ-nin İstintaq və təhqiqat şöbəsində M.Məmmədov barəsində Cinayət Məcəlləsinin 139-1.1 maddəsi əsas götürülməklə araşdırma aparılır.

1 / 5

Həmçinin oxuyun

Naxçıvanda əhalinin sayı bir ilə 2 min 862 nəfər artıb

Naxçıvan Muxtar Respublikasında əhalinin sayı bir il öncəyə nisbətən 0,6 faiz artıb.Bu barədə Muxtar Respublikanın …