Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Bölgələr / Ötən illə müqayisədə Naxçıvanda ət və süd istehsalı artıb

Ötən illə müqayisədə Naxçıvanda ət və süd istehsalı artıb

Cari ilin yanvar ayında Naxçıvan Muxtar Respublikasında 8,6 milyon manatdan çox kənd təsərrüfatı məhsulları istehsal olunub.

Bu barədə Naxçıvan Muxtar Respublikasının Dövlət Statistika Komitəsi məlumat yayıb.

Məlumatda qeyd edilir ki, bu, 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 3,1 faiz çoxdur.

Bu dövr ərzində diri çəkidə ət istehsalı 2 124,6 ton, süd istehsalı 2 045,8 ton olub. 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə ət istehsalı 4,7 faiz, süd istehsalı isə 2 faiz artıb.

Muxtar respublikada iqtisadiyyatın dinamik inkişafı xarici ticarət əlaqələrinin genişlənməsinə müsbət şərait yaradıb. 2020-ci ilin yanvar ayında 32,8 milyondan çox ABŞ dolları dəyərində xarici ticarət dövriyyəsi qeydə alınıb. İxracın dəyəri 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə artaraq 24,4 milyondan çox ABŞ dolları təşkil edib, 15,2 milyon ABŞ dolları dəyərində müsbət saldo yaranıb.

Həmçinin oxuyun

Qəbula düşə bilməyən vətəndaş: “Nazirə məktəbin problemlərindən danışacaqdım”

“Hamını birinci mərtəbədəki havasız bir otağa yığdılar, nazirsə ikinci mərtəbədə qəbul edəcəkdi” “Ötən aydan deyirdilər …