Ana səhifə / Bölgələr / Neftçaladakı su problemi ilə bağlı aidiyyəti qurum nə deyir? – VİDEO

Neftçaladakı su problemi ilə bağlı aidiyyəti qurum nə deyir? – VİDEO

Neftçala sakinləri susuzluq problemindən əziyyət çəkirlər.

Sakinlər deyirlər ki, nə içməyə, nə paltar yumağa, nə də mal-qaraya verməyə su tapırlar.

Rayon sakini Hilal Cəfərovun sözlərinə görə, problem 2019-cu ilin noyabrında Fövqəladə Hallar Nazirliyinin gəmilərinin Kür çayının deltasında qazma işlərinə balamasından sonra yaranıb.

“Bu qazma nəticəsində Kür çayına şor suların sürətli axını başladı”, – deyə o əlavə edib.

“Meliorasiya və Su Təsərrüfatı” ASC-nin rəsmi Riad Axundzadə də məsələyə münasibət bildirib: 

“Kür çayının deltasında aparılmış qazma işləri nəticəsində hər hansı bir çökəklik yaranmayıb. Sel və daşqınlara qarşı mübarizə tədbirlərinə uyğun olaraq 2020-ci ildə Fövqəladə Hallar Nazirliyi tərəfindən Kür çayı ilə dəniz arasındakı hissə təmizlənib və suyun dənizə sərbəst axını təmin edilib. Lakin sonrakı 2021-2022-ci illərdə Kür çayında suyun sərfinin azalması nəticəsində Xəzər dənizindən duzlu suların çaya əks-axımı baş verib. Bunun da qarşısının alınması məqsədi ilə 2022-ci ilin avqust-noyabr aylarında çayın dənizə qovuşan hissəsində bəndlər tikilib”. 

Ətraflı Baku TV-nin süjetini təqdim edirik:

Həmçinin oxuyun

Lənkəranda bir neçə kəndin sakinləri yolsuzluqdan əziyyət çəkir

Lənkəranın Gəgiran, Tükəvilə, Diryan və daha bir neçə kəndi birləşdirən yol sıradan çıxıb. Kəndlilər deyirlər …