Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Bölgələr / Nazirlik şəhid ailəsinin bir qardaşını işə düzəltdi, digər qardaşın isə sosialını kəsdi – VİDEO

Nazirlik şəhid ailəsinin bir qardaşını işə düzəltdi, digər qardaşın isə sosialını kəsdi – VİDEO

Tovuz sakinlərindən birinin aldığı sosial yardım gözlənilmədən dayandırılıb.

Səbəb həmin şəxsin qardaşının  məşğulluq xidməti tərəfindən işlə təmin edilməsidir.

Tovuz rayonunun Əsrik-Cırdaxan kənd sakini Hafiz İsmayılov  aztəminatlı ailə olaraq 11 ay  Ünvanlı Dövlət Sosial  Yardım alıb. Lakin təyinatın vaxtı bitməmiş onun aprel ayı üçün vəsaiti hesabına köçməyib. Bundan əlavə vətəndaşın yenidən yardımdan faydalanmaq üçün hüquqları Dövlət Sosial Müdafiə Fondunun  online müraciət proqramı vasitəsi ilə bir il müddətinə məhdudlaşdırılıb.

Sonradan məlum olub ki, Hafizin qardaşı işə girdiyi üçün ona verilən yardıma xitam verilib.

“İsmayılovlar şəhid ailəsidir.”

Onun  qardaşı  Fariz Məmmədov da şəhid övladı olaraq Məşğulluq xidməti tərəfindən rəsmi əmək müqaviləsi ilə işlə təmin edilib.Vət əndaş onu da bildirir ki, sosial yardım haqqında qanunlarda 15 iş günü ərzində özü müraciət edəcəkmiş. Lakin 12 günün tamamında  Ünvanlı Dövlət Sosial  Yardım dayandırılıb.

Dövlət Sosial Müdafiə Fondunun İctimaiyyətlə əlaqələr departamentinin müdiri  Rəşad Mehdili  “Xəzər Xəbər”ə  açıqlamasında bildirib ki, qanunvericiliyə görə, artıq ailəyə tətbiq olunan 1 illik məhdudiyyət araşdırılıb və aradan qaldırılıb.

Hafiz İsmayılov ailənin aylıq gəlirlərini ərizə-bəyannamədə göstərməklə ünvanlı sosial yardımla bağlı yenidən müraciət etməlidir.

Bu halda ailəyə ünvanlı sosial yardımın təyin olunub-olunmama məsələsinə yenidən baxılacaq.

Həmçinin oxuyun

Lənkəranda veteranın anasının xəstəliyinə görə canına qəsd etdiyi deyilir

Lənkəran şəhərində 24 yaşlı Əhməd Salayevin anasının xərçəng xəstəsi olmasını eşidib həyatına qəsd etdiyi deyilir.Hadisə …