Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Bölgələr / Nazir: “Bu il Naxçıvanda ağır və xüsusilə ağır cinayət qeydə alınmayıb”

Nazir: “Bu il Naxçıvanda ağır və xüsusilə ağır cinayət qeydə alınmayıb”

Naxçıvan Muxtar Respublikasında 2019-cu ilin I yarısı ilə müqayisədə qeydə alınan cinayətlərin sayı 2 vahid azalıb, ağır və xüsusilə ağır cinayət qeydə alınmayıb.

Bunu 2020-ci ilin I yarımilində polis orqanlarının cinayətkarlığa qarşı mübarizə, ictimai qaydanın və ictimai təhlükəsizliyin təmin edilməsi üzrə fəaliyyətinin nəticələrinə dair Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyində keçirilən kollegiya iclasında Daxili işlər naziri, general-leytenant Fazil Ələkbərov deyib.
O bildirib ki, hesabat dövrü qanunsuz saxlanılan silahların yığılması istiqamətində ardıcıl həyata keçirilən profilaktik maarifləndirmə tədbirləri nəticəsində vətəndaşlardan 117 ədəd müxtəlif növ silah və xeyli sayda döyüş sursatı təhvil götürülüb: “Muxtar respublikada narkotiklərin qanunsuz dövriyyəsi və narkomanlıqla mübarizə sahəsində həyata keçirilən qətiyyətli və məqsədyönlü tədbirlər nəticəsində 2020-ci ilin I yarımilində narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi ilə bağlı ötən illə müqayisədə 7 inzibati fakt artıq aşkar edilib. 2020-ci ilin birinci yarısında müstəntiqlərin icraatında olan, keçmiş illərdən qapalı qalmış cinayət işlərinin açılması sahəsində müsbət nəticələr əldə olunaraq 6 cinayət işinə xitam verilib.  Yol infrastrukturunun inkişafı sahəsində muxtar respublika rəhbərliyinin həyata keçirdiyi tədbirlər, bütün yaşayış məntəqələrinə müasir standartlara cavab verən asfalt yol örtüyünün çəkilməsi, istismara yararsız nəqliyyat vasitələrinin çıxdaş edilməsi və maarifləndirmə tədbirlərinin genişləndirilməsi nəticəsində qəzaların sayında 2019-cu illə müqayisədə 16.7 azalma müşahidə olunub”.

Həmçinin oxuyun

Qəbula düşə bilməyən vətəndaş: “Nazirə məktəbin problemlərindən danışacaqdım”

“Hamını birinci mərtəbədəki havasız bir otağa yığdılar, nazirsə ikinci mərtəbədə qəbul edəcəkdi” “Ötən aydan deyirdilər …