Cümə , Aprel 19 2024
Ana səhifə / Bölgələr / Naxçıvanlı məşhurlardan aviareyslərin açılması xəbərinə reaksiya

Naxçıvanlı məşhurlardan aviareyslərin açılması xəbərinə reaksiya

İyunun 18-dən etibarən  Bakıdan Naxçıvana aviareys həyata keçiriləcək. İlk uçuş həmin gün saat 12:00-da həyata keçiriləcək. 15:00-da isə ikinci aviareys yerinə yetiriləcək. Uçuşlar “Embraer 190″ tipli təyyarələrlə baş tutacaq. Təyyarələr 106 sərnişin tutumuna malik olsa da, 100 yer üçün bilet satılacaq. Buna səbəb isə yeni qaydalara uyğun olaraq, uçuş zamanı hər hansı bir sərnişində xəstəlik aşkarlanarsa onun digər sərnişinlərdən kənarlaşdırılıb təyyarədə arxa sırada təyin edilmiş boş yerlərdə oturması təmin olunacaq.

Artıq iyunun 11-dən onlayn biletlərin satışına başlanılıb.

Xatırladaq ki, bu ilin Novruz bayramı ərəfəsində Naxçıvan-Bakı aviareysləri dayandırılmışdı. Bəs aviareyslərin yenidən açılması xəbərindən sonra hansı məşhur naxçıvanlılar öz məmləkətinə getməyi düşünür?

“Yeni Müsavat” bununla bağlı bir neçə əslən Naxçıvandan olan məşhurların rəyini  öyrənib.

Novella Cəfəroğlu açdı sandığı:

Novella Cəfəroğlu: “İmkan olan kimi səfər edəcəyik, çox darıxmışıq… ”

Əslən naxçıvanlı olan hüquq müdafiəçisi – Dilarə Əliyeva adına Azərbaycan Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlu sualımıza bu cür cavab verib: “Sözsüz ki, istəyərdim gedim. Naxçıvanda mənim çoxlu qohumlarım var. Məlum olduğu kimi bayramdan sonra naxçıvanlıların da Bakıya gəlməsi əngəllənmişdi. Məsələn, çox adam bayram üçün ora getmişdi, lakin bayramdan sonra geri qayıda bilməmişdilər”.

Novella Cəfəroğlu qeyd etdi ki, ölkədə regionlararası uçuşların açılması təqdirə layiqdir: “Heç olmasa camaat gedib qohum-əqrəbasını görə biləcək. Adətən ildə iki dəfə Naxçıvana gedirdik. Mənim bibim, bibi və əmi uşaqların hamısı oradadır. İmkan olanda Bakıdan qaçıb, 3-4 günlük orada qalırdıq”.

Sabiq deputat, Milli Dirçəliş Hərəkatı Partiyasının lideri Fərəc Quliyev: “Camaat çox çətinlik çəkirdi. Xeyli sayda insan bayramdan sonra Naxçıvandan geri qayıda bilməyib, orada qalıblar. 

Fərəc Quliyev haqda prokurorluğa müraciət edildi – Həbs oluna ...

Fərəc Quliyev: “Reyslərin artırılması arzuolunandır”

Təbii ki, ölkədə görülən tədbirlər əhalinin sağlamlığının qorunması üçündür. Hər birimiz karantin rejiminə əməl etməliyik. Bununla belə, düşünürəm ki, əgər Naxçıvan-Bakı arasında aviareyslər açılacaqsa, uçuşların sayını da artırmaq lazımdır. Bununla bağlı müvafiq strukturlara da səslənirəm. İran ərazisindən avtobus və taksilərin işləməməsi camaat üçün çətinlik yaradacaq. Ona görə də təyyarə reyslərinin artırılması arzuolunandır”.

Fərəc Quliyev qeyd etdi ki, adəti üzrə ildə bir neçə dəfə məmləkətinə baş çəkir:

“Çalışıram ki, istirahətimin bir hissəsini Naxçıvanda keçirim. Təbii ki, imkan olan kimi Naxçıvana baş çəkəcəm…

Doğrusu, il ərzində çox da gedə bilməsəm də, ən azı ildə 1-2 dəfə vaxt tapıb gedirdim.  Toy, yas məclisləri olanda təbii ki, gedirik, bu başqa məsələ. Amma anam orada daha rahat olur deyə, mütləq onu da götürüb ildə bir dəfə istirahətə gedirəm”.

Sərdar Cəlaloğlu: "Qurban Məmmədov İsgəndər Həmidovu, İsgəndər ...

Sərdar Cəlaloğlu: “Ata-anamın, yaxınlarımın məzarını ziyarət etmək üçün darıxıram”

ADP sədri Sərdar Cəlaloğlu isə qeyd etdi:

“Nəvələrim ana tərəfdən olan baba-nənəsini uzun müddət idi ki, görmürdülər . Onlar daha çox maraqlıdırlar ki, Naxçıvana getsinlər. Yəqin ki, ilk olaraq nəvələrimiz ora gedəcək. Onların da Naxçıvana getməsi elə bizim ora getməyimizə bərabərdir.

Başqa vaxt xeyir-şər, toy məclisləri olanda Naxçıvana gedirdik. Yoxsa ki, elə-belə, istirahət etmək üçün üz tutmurduq. Bildiyiniz kimi oranın iqlimi, hava şəraiti o qədər də qeyri-adi, fərqli deyil.

Beləliklə, əgər imkan olsa, nəvələrimi göndərəcəm, getsinlər 1-2 ay dincəlsinlər”.

Sərdar Cəlaloğlu daha çox Naxçıvanda doğmalarının məzarını ziyarət etmək üçün darıxdığını dedi:

“Ata-anamın, yaxınlarımın məzarları ordadır. Naxçıvana gedən kimi ilk olaraq onları ziyarət edirəm. Elə daha çox onları ziyarət etmək üçün darıxıram. Çünki həyatda olanlar üçün darıxanda yenə telefona zəngləşib danışmaq olur…

Uşaqlığım, gəncliyim Naxçıvan ilə bağlıdır. Oranın hər daşı torpağı mənim həyatımın bir hissəsidir.  Necə ki, insan öz ata-anasına, bacı-qardaşına, yaxınlarına görə həddən artıq darıxar, məndə də o cür hisslər keçirirəm.

Lakin siyasət, elmi işlər, kitab yazmaq, ailə qayğıları imkan vermir ki, ürəyimiz istəyən qədər gedib-gələk. Məsələn, heç olmasa ayda bir dəfə gedib-gəlmək istəyərəm.

Vətən elədir ki, ana kimidir. Adi çınqıllıq bir yer olsa belə, o, yenə vətəndir. Ona olan məhəbbət, sevgi insanın qanında olur. Ona görə də Naxçıvan üçün çox darıxıram. Amma obyektiv səbəblərdən də gedə bilmirik”.

Həmçinin oxuyun

Canına qəsd edən qazinin atası: “Azyaşlı qızlarına ürəyi istəyəni ala bilmirdi” – Fotolar

“Oğlum işsizlikdən, həyat şəraitinin acınacaqlı olması səbəbindən bezib canına qəsd etdi”.Bunu Yeniavaz.com-a yaşadığı evdə canına qəsd …