Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Bölgələr / Naxçıvanın əməkdar artisti vəfat etdi – FOTO

Naxçıvanın əməkdar artisti vəfat etdi – FOTO

Aktyor, teatr rejissoru, Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti Vüsal Rzayev vəfat edib.

Bu barədə Naxçıvan Dövlət Musiqili Dram Teatrının direktor müavini Səməd Canbaxşıyev məlumat verib.

O bildirib ki, aktyor bu gün günorta saatlarında vəfat edib.

Qeyd edək ki, Vüsal Rzayev 1968-ci ildə Naxçıvanda anadan olub. 1999-cu ildən aktyor kimi fəaliyyət göstərən Vüsal Rzayev Naxçıvan Dövlət Musiqili Dram Teatrında bir çox tamaşalarda rol alıb. O, həmçinin, C. Məmmədquluzadənin hekayələri və “Ər” pyesi əsasında hazırlanan “Pirverdinin xoruzu” , “Göz ağrısı” və “Eşq bəlası” bədii televiziya filmlərinin ssenari müəllifi və quruluşçu rejissoru olub./apaVüsal Rzayev

Həmçinin oxuyun

Qəbula düşə bilməyən vətəndaş: “Nazirə məktəbin problemlərindən danışacaqdım”

“Hamını birinci mərtəbədəki havasız bir otağa yığdılar, nazirsə ikinci mərtəbədə qəbul edəcəkdi” “Ötən aydan deyirdilər …