Çərşənbə axşamı , Mart 19 2024
Ana səhifə / Bölgələr / Naxçıvandakı Olimpiada təxirə salındı

Naxçıvandakı Olimpiada təxirə salındı

Koronavirus pandemiyasına görə Azərbaycanda keçirilməsi planlaşdırılan daha bir yarış təxirə salınıb.


Söhbət Naxçıvanın ev sahibliyi edəcəyi 16 yaşadək yeniyetmələr arasında (U-16) Ümumdünya Şahmat Olimpiadasından gedir.


Beynəlxalq Şahmat Federasiyasının (FIDE) qərarına əsasən, həmin Olimpiada bu ilin oktyabrında Naxçıvanda keçirilməli idi. 2-12 oktyabr tarixlərində təşkili planlaşdırılan yarış 2021-ci ildə baş tutacaq. Turnirin dəqiq tarixi barədə daha sonra məlumat veriləcək.


Xatırladaq ki, ötən il Türkiyənin Çorum şəhərində keçirilən U-16 Olimpiadasında Azərbaycan yığması çempionluq sevinci yaşayıb. Milli komanda 16 xal toplamaqla 37 dövlətin təmsilçilərini, o cümlədən Rusiya, Çin, Ukrayna kimi güclü şahmat ölkələrini geridə qoyub. Kollektiv Monqolustan, ABŞ, Kanada, İsrail, Qazaxıstan və Yunanıstanı məğlub etdiyi halda, yalnız Özbəkistan və Ukrayna ilə heç-heçə edərək, liderliyini sonadək qoruyub.


Qeyd edək ki, Azərbaycanda koronavirus pandemiyası səbəbindən bu Olimpiadadan başqa, Vüqar Həşimovun xatirəsinə həsr olunan ənənəvi “ShamkirChess2020” superturniri də təxirə salınıb.

Həmçinin oxuyun

Naxçıvanda əhalinin sayı bir ilə 2 min 862 nəfər artıb

Naxçıvan Muxtar Respublikasında əhalinin sayı bir il öncəyə nisbətən 0,6 faiz artıb.Bu barədə Muxtar Respublikanın …