Çərşənbə axşamı , Mart 19 2024
Ana səhifə / Bölgələr / Naxçıvandakı möcüzə – Əshabi-Kəhf ziyarətgahından FOTOREPORTAJ

Naxçıvandakı möcüzə – Əshabi-Kəhf ziyarətgahından FOTOREPORTAJ

Dünyanın möcüzəli məkanlarından olan Əshabi-Kəhf ziyarətgahı Naxçıvan Muxtar Respublikasının Culfa rayonu ərazisində yerləşir. Hər il bu ziyarətgahı Azərbaycanın müxtəlif bölgələrindən və xarici ölkələrdən gələn minlərlə zəvvar, turist ziyarət edir.

Məlumata görə, Əshabi-Kəhf barədə “Qurani-Kərim”in 18-ci surəsində (“Əl-Kəhf” – “Mağara”) bəhs edilir. “Əshabi-Kəhf” kimi tanınan mağaralar Kiçik Asiya və Fələstinin, Türkiyənin ərazisində də mövcuddur. Lakin “Qurani-Kərim”də göstərilən bir çox məlumatlar, xalq arasında mövcud olan rəvayətlər və bəzi tarixi faktlar müqəddəs kitabda haqqında bəhs edilən yerin məhz Naxçıvandakı Əshabi-Kəhf olduğunu təsdiqləyir.

Qeyd edək ki, ziyarətgahda ilk dəfə 1998-ci ildə ümummilli lider Heydər Əliyevin tapşırığı ilə tikinti-abadlıq işləri aparılıb. Azərbaycan Nazirlər Kabinetinin 2001-ci il avqustun 2-də qəbul etdiyi qərara əsasən, bura ölkə əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələri siyahısına daxil edilib.

Əshabi-Kəhf ziyarətgahından fotoreportajı təqdim edirik:

Azvision.az

Həmçinin oxuyun

Naxçıvanda əhalinin sayı bir ilə 2 min 862 nəfər artıb

Naxçıvan Muxtar Respublikasında əhalinin sayı bir il öncəyə nisbətən 0,6 faiz artıb.Bu barədə Muxtar Respublikanın …