Cümə , Aprel 19 2024
Ana səhifə / Bölgələr / Naxçıvanda yeni yaranan şirkət 10 yerə parçalandı

Naxçıvanda yeni yaranan şirkət 10 yerə parçalandı

Təqribən bir ay əvvəl – 6 fevral 2023-cü ildə Naxçıvan Muxtar Respublikasında dövlət qeydiyyatına alınan “MES-T” MMC-nin (VÖEN –  0201391611) tərkibindən 10 şirkət ayrılır.
“MES-T” MMC-nin tərkibindən “MEST-2” MMC, “MEST-3” MMC, “MEST-4” MMC, “MEST-5” MMC, “MEST-6” MMC, “MEST-7” MMC, “MEST-8” MMC, “MEST-9” MMC, “MEST-10” MMC, “MEST-11” MMC ayrılır və MMC-nin bəzi hüquq və öhdəlikləri ayrılma nəticəsində yeni yaranan şirkətlərə ötürülür.
Məlumat üçün qeyd edək ki, hüquqi ünvanı Naxçıvan şəhəri, Təbriz, ev 16-da yerləşən “MES-T” MMC-nin nizamnamə kapitalı 4 milyon 540 min manat təşkil edir. MMC-nin qanuni təmsilçisi Yusifov Arif Yusif oğludur.
Onu da qeyd edək ki, yaxın tarixlərdə Naxçıvanda Yusifov Arif Yusif oğlunun qanuni təmsilçi olduğu daha 2 şirkət dövlət qeydiyyatına alınıb.
Arif Yusifovun direktor olduğu “NAXPROPERTY-S” MMC (VÖEN- 0201381651) 17.01.2023-cü ildə, “NAXPROPERTY-R” MMC (VÖEN- 0201378581) isə 11.01.2023-cü il tarixində dövlət qeydiyyatına alınıb.
Nizamnamə kapitalı 2 milyon 325 min 300 manat olan “NAXPROPERTY-R” MMC-nin hüquqi ünvanı Naxçıvan şəhəri H.Əliyev, ev 19. m. 32-də, nizamnamə kapitalı 4 milyon 232 min 400 manat olan “NAXPROPERTY-S” MMC-nin hüquqi ünvanı isə Naxçıvan şəhəri Atatürk, ev 9-da yerləşir.
Qeyd edək ki, böyük nizamnamə kapitalı ilə yaranan şirkətlərin təsisçiləri barədə məlumat verilmir.
Lakin qeyd edək ki, son zamanlar Naxçıvanda “Gəmiqaya Holdinq”ə bağlı şirkətlərdə nizamnamə kapitalının dəyişikliyi və çoxsaylı parçalanmalar həyata keçirilib. Ehtimal olunur ki, bu dəyişiklik təsisçi dəyişiklikləriylə bağlıdır. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sabiq sədri Vasif Talıbovun övladları Rza və Seymur Talıbovlara məxsus olan “Gəmiqaya Holdinq”in adı bir müddət əvvəl dəyişdirilərək “Arkoz Holdinq” olub. Yeniavaz.com

Həmçinin oxuyun

Canına qəsd edən qazinin atası: “Azyaşlı qızlarına ürəyi istəyəni ala bilmirdi” – Fotolar

“Oğlum işsizlikdən, həyat şəraitinin acınacaqlı olması səbəbindən bezib canına qəsd etdi”.Bunu Yeniavaz.com-a yaşadığı evdə canına qəsd …