Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Bölgələr / Naxçıvanda vərəmdən müalicə olunan xəstələrin sayı açıqlanıb

Naxçıvanda vərəmdən müalicə olunan xəstələrin sayı açıqlanıb

Hazırda Naxçıvan Muxtar Respublikasında 476 nəfər vərəm xəstəliyi ilə mübarizə aparır.

Bu barədə “Report”un yerli bürosuna Naxçıvan Muxtar Respublikası Ağciyər Xəstəlikləri Dispanserinin baş həkimi Günay Quliyeva bildirib.

O, qeyd edib ki, hazırda dispanserdə qeydiyyatda olan xəstələrdən 70 xəstə dərman müalicəsindədir. Xəstələr hər ay dispanserdə müayinələrdən keçdikdən sonra dərmanlarla təchiz olunurlar: “Hər il yaz-payız aylarında dispanser tərəfindən Naxçıvan şəhər, Babək, Kəngərli və Şahbuz rayonlarının tam orta məktəblərinin 9-11-ci siniflərinin şagirdləri arasında filioqrafik müayinələr aparılır. Müayinələr zamanı xəstəliyi aşkar edilmiş şagirdlər Ağciyər Xəstəlikləri Dispanserinə dəvət olunur, ətraflı müayinələrdən sonra ehtiyac olunanlara müalicə təyin edilir”.

Qeyd edək ki, bu gün Ümumdünya Vərəmlə Mübarizə Günüdür. Hər gün minlərlə insanın bu xəstəlikdən dünyasının dəyişməsi xəstəliklə müalicəyə daha ciddi yanaşmağı tələb edir. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, hər gün dünyada vərəm xəstəliyindən 4 min 400 nəfər həyatını itirir, 30 min nəfər isə xəstəliyə yoluxur.

Həmçinin oxuyun

Canına qəsd edən qazinin atası: “Azyaşlı qızlarına ürəyi istəyəni ala bilmirdi” – Fotolar

“Oğlum işsizlikdən, həyat şəraitinin acınacaqlı olması səbəbindən bezib canına qəsd etdi”.Bunu Yeniavaz.com-a yaşadığı evdə canına qəsd …